Все мастера азербайджана
ru az

Ramazan bayramı üçün xüsusi bir menyu!

Кулинария
On bir ayın sultanı Ramazan ayı artıq başa çatır. Bir ay ərzində oruc tutan müsəlmanlar sevinclə bu müqəddəs bayrama hazırlaşırlar. Hər kəs istəyir ki, bayram süfrələri digər günlərdən fərqli olaraq daha zəngin və çeşidli olsun.

Biz sizin üçün tam bir iftar menyusu təqdim edirik.

Şah plov

Qozlu badımcan

Dovğa

Vişnəli parfe

ŞAH PLOVUN hazırlanması:

Tərkibi:
500 qram qoyun əti
800 qram düyü
100 qram kişmiş
100 qram qaysı
500 qram təmizlənmiş şabalıd
100 qram albuxara
3-4 orta boy soğan
300 qram kərə yağı
limon duzuduz,
istiot,zəfəran və ya sarıkök

Qazmağı üçün:
2st un50 qram kərə yağı
2 yumurta
1 xörək qaşığı xamaduz

Hazırlanması:
Əvvəlcə düyünü limonlu və duzlu suda isladırıq, əti isə balaca-balaca doğrayıb qaynadırıq. Ət bişdikdən sonra soğanı doğrayıb yağda qovururuq. Soğanlar bir az qızarandan sonra üzərinə bişmiş ətləri əlavə edib, limon duzu,istiot, duz, zəfəran və ya sarıkökünü töküb birlikdə qovururuq. Digər tərəfdə balaca bir tavaya azca yağ töküb albuxara, kişmiş, qaysı əlavə edib qovururuq. Qazmağın hazırlanması:Un ilə yağı ovub, üstünə yumurta, xama və duzu əlavə edib yumşaq bir xəmir yoğururuq. Bu xəmiri biri balaca biri böyük olmaqla iki hissəyə bölürük. Böyük kündəni yuxadan biraz qalın olmaq şərti ilə yayırıq.Düyünü bişirmək üçün böyük bir qazana su töküb qaynamağa qoyuruq. Qaynayana yaxın duz əlavə edib, islatdığımız düyünün suyunu süzüb qazana tökürük. Düyü biraz bişdikdən sonra süzürük. Sobaya yerləşəcək bir qazan götürüb dibini yağlayırıq, açdığımız böyük yuxanı qazana divarlarını da tutacaq şəkildə yerləşdiririk. Sonra süzdüyümüz düyünün yarısını bu yuxanın üzərinə tökürük. Duz, istiot, sarıkök və ya suda isladılmış zəfəranı səpib şabalıdı əlavə edirik. Sonra düyünün qalanını, onun üzərinə isə hazırladığımız qaranı və yenə duz, istiot, sarıkökü tökürük. Ən üst qata isə yenə düyü tökürük, daha sonra da balaca kündəni yayıb üstünü örtürük və qıraqlarını bərkidirik. Qazanın ağzını ya dəmir qapaqla ya da folyo kağızı ilə örtürük. Əvvəlcədən qızdırılmış sobada 180-200 dərəcədə dəm almağa qoyuruq. Hər tərəfi qızardıqdan sonra sobadan çıxardırıq. İstəsəniz bütöv şəkildə və ya doğrayaraq süfrəyə verə bilərsiniz. Budur şah plovunuz hazırdır.

Qeyd: Qazmağı istəsəniz hazır lavaşla da edə bilərsiniz. Bunun üçün 4-5 lavaş lazım olur.


Qozlu badımcanın hazırlanması:

İçindəkilər:

Badımcan 5 -6 əd
Qoz -1 st
Keşniş -1 d
Cəfəri -1 d
Şüyüd – 1 d
Sarımsaq -2 diş
Mayonez 
Duz, istiot

Hazırlanması:

Badımcanları soyub  1- 1.5 sm qalınlığında uzun -uzn kəsib duzlayırıq. 10-15dəqiqə gözləyirik ki, acı suyu çıxsın. Acı suyunu sıxdıqdan sonra duru yağda qızardıb soyuduruq. Göyərtilərtini və sarımsağı xırda -xırda doğrayırıq. Qozu blendrdan keçirib göyərtiyə əlavə edirik. Mayonez ,duz , istiot vurub qarışdırırıq.  Badımcanın bir üzünə mayonez çəkib hazır olan içliyi qaşıq vastəsilə yayıb rulet şəklində bükürük. Hazırdı.

 Dovğanın hazırlanması:

İçindəkilər:

İspanaq  – 2 dəstə
Keşniş – 2 dəstə
Şüyüd – 1 dəstə
Dağ keşnişi – 1 dəstə
Kərəviz – 1 dəstə
Nanə – 1 dəstə
(Bəziləri kəvər də vurur)
Yumurta – 2 ədəd
Camış qatığı – 3 litr
Un – 2 x.q.
Yumru düyü – 0,5 st.

Hazırlanması:

Əvvəlcə düyü yaxşıca yuyulur, suda bişirilir. Göyərtilər təmzilənir, yuyulur və xırda-xırda doğranılır. Qazana qatığı, unu və yumurtanı töküb, yaxşıca qarışdırırıq. Qatığı elə açmaq lazımdır ki, yumruları qalmasın. Sonra qazanı odun üstünə qoyuruq və qaynara düşənə kimi taxta qaşıqla yaxşıca bulamaq lazımdır.

Qatıq qaynamağa başlayan kimi qarışdırmağı dayandırırıq və içinə bişmiş düyünü, doğranmış göyərtiləri əlavə edirik. Göyərti rəngini dəyişən kimi (1-2 dəq.) dovğanı oddan götürürük. Tam soyuyandan sonra isə duzunu vururuq.

Qeyd: Camış qatığını istifadə etməzdən öncə onu torbaya tökmək və 20-30 dəqiqə asılı halda saxlamaq lazımdır ki, suyu süzülsün.

Vişnəli parfenin hazırlanması:

Tərkibi:
Vanilli pudinq – 2 paket
Süd – 2.5 st.
Vişnə suyu – 2.5 st.

Hazırlanması:
2 paket vanilli pudinqin südlə, digərini isə vişnə suyu ilə bişirin. Servis edəcəyiniz qabları azca isladın və əvvəlcə vanilli, sonra isə vişnə sulu pudinqi əlavə edin. Buzxanada 20-25 dəqiqə saxlayın və bişnə ilə bəzəyib servis edin.

Nuş olsun!

Похожие статьи

Все услуги

Войти с помощью

или

Регистрация

Вы
или
Войти с помощью