Azərbaycanın gözəllİk ustaları!
ru az

Azərbaycanda oxuyan kosmetoloqun türk vətandaşına elədiyi yalnış əməliyyat-DİQQƏTLİ OLUN!

Xəbərlər
Azərbaycanda oxuduğunu iddia edən kosmetoloqun həyatını məhv etdiyi Türkiyə vətəndaşı Merve Kalaş dodaqlarında edilən yalnış əməliyyatdan danışıb.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, Kalaş jurnalistlərə açıqlamasında çox peşman olduğunu deyib.

"Çok peşmanam. Bu vəziyyətdə neçə həyat yaşayacağım məni çox qorxudur. Məni bu vəziyyətə salan insandan şikayətçiyəm».

Kalaş dodaqlarında doğuşdan problem olduğu üçün təbii dolğu vurdurmaq istədiyini deyib.

«Bir dostumun vasitəsi ilə özünü həkim adlandıran şəxslə tanış oldum. Həmin şəxs mənim dodaqlarıma əvvəlcə müvəqqəti, daha sonra isə qalıcı dolğu vurdu. Əməliyyatdan sonra dodaqlarım şişməyə başladı. Mən özəl xəstəxanalardan birinə müraciət etdim. Həmin vaxtdan bəri burada qalıram. Əməliyyatdan əvvəl həkimə «diplomunu göstər» demək yadımdan çıxdı. Kaş deyərdim».

Kalaş onun dodaqlarını bərbad vəziyyətdə salan Soner G-dan şikayətçi olduğunu da deyib.

«Artıq polisə müraciə etmişəm. Mən 22 yaşımda dodaqlarımı itirmək təhlükəsi ilə üz-üzə qalmışam. Dodağıma vurulan maddə həmin yerdən təmizlənməlidir. Amma həmin şəxs maddənin nə olduğunu demir. Əgər maddə dodaqlarımdan təmizlənməsə, onları tamamilə itirəcəm».

22 yaşlı Merve Keleş Adanada internetdə özünü mütəxəssis kimi təqdim edən saç ustası Soner G.-yə müraciət edib. Soner.G Azərbaycanda təhsil aldığını deyib. Dodaqlarından narazı olan gənc qız ilk olaraq 500 lirə (təqribən 260 manat) verərək təbii dolğu etdirib. Dolğu bir həftəyə əridiyi üçün o daha sonra 1000 lirə verərək silikon qoydurub. Saxta həkim klinikasının təmirdə olduğunu deyərək proseduru evində həyata keçirib.

Lakin onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gözlənilən nəticəni verməyib.

Silikon yerləşdiriləndən yarım saat sonra qızın dodaqları şişib, yanmağa başlayıb. Bundan sonra tibb bacısı "həkim" haqqında polisə müraciət edib.

Soner G. isə qadın saç ustası olduğunu deyib, haqqındakı iddiaları təkzib edib. "Mən özümü estetik həkim kimi tanıtmamışam. Heç bir prosedur etməmişəm. Pul istədilər, vermədiyim üçün də iftira atırlar. Hətta şantaj ediblər".

Merve Kalaşın əməliyyatdan sonra çəkilən görüntüləri onun vəziyyətinin nə qədər ağır olduğunu ortaya qoyur.

Bunları da oxumadan keçmə!

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun