Azərbaycanın gözəllİk ustaları!
ru az

Qadınlar gününə həsr olunmuş əl işləri sərgisi

Xəbərlər
Azərbaycanlı sənət ustalarının əl işlərindən ibarət sərgi keçiriləcək. Sərgi Beynalxalq Qadınlar günü mövzusuna həsr edilib. Sərgidə dekorativ və tətbiqi sənətin bir çox növündə əl işləri nümayiş olunacaq.

Pomada.az məlumatına görə, “Azərbaycan sənətkarlarının qızıl əlləri” adlı 23-cü satış-sərgi martın 4-5-də təşkil ediləcək. Eksklüziv, qeyri-adi, fərqli aksessuar, bəzək əşyaları əldə etmək istəyənlər saat 11:00-dan 19:00-dək “İSR Plaza”ya gələ bilərlər.

 Sərgidə təkcə sənətkarlar deyil, başqa sahələrdən olan insanlarının da əl işləri nümayiş etdiriləcək. Onların hobbi kimi məşğul olduqları əl işi nümunələrinin nümayişi sərgini maraqlı edən məqamlardan biridir. Sərgidə iştirak edənlər arasında sənətkarlara yanaşı, həkimlər, müəllimlər, idmançılar, mühəndislər, jurnalistlər və başqa sahənin insanlarına da rast gəlinəcək. Onların arasında tanınmış aktrisa, Akademik Milli Dram Teatrının aktrisası Ləman İmanova da var. Son vaxtlar xüsusi qabiliyyətini peşəkar səviyyədə inkişaf etdirən aktrisa ilk dəfə olaraq sərgiyə qatılacaq. L. İmanova ekspozisiyada fərqli əl işlərini nümayiş etdirəcək. 

Giriş pulsuzdur!

Bunları da oxumadan keçmə!

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun