Azərbaycanın gözəllİk ustaları!
ru az

Türk mətbəxinə məxsus Ramazan kababı

Kulinariya
Tərkibi:
Badımcan – 3 ədəd
Sivri bibər – 4-5 ədəd
Pomidor – 1 ədəd
Zeytun yağı

Ətli içlik üçün:
Zeytun yağı – 3 x.q.
Dana əti quşbaşı doğranmış – 300 qr.
Arpacıq soğan – 10-15 ədəd
Su – 1 st.
Duz
İstiot
Qaynadılmış quru lobya – yarım stəkan

Sous üçün:
Tomat – 1 x.q.
Bibər pastası – 1 ç.q.
Su – 1.5 st.
Hazırlanması:
Badımcanları yarım soyun, dörd yerə bölün və bunları də uzunsov şəklində 2-3 yerə bölün. Kağız salfetin üzərinə sərin, duzlayın və acısını çıxardın. Bibərləri iki yerə bölün, tumlarını təmizləyin. Pomidoru isə dörd yerə ayırın. Badımcan və bibərləri rəng alana qədər qızardın. Bir tavada isə ətləri bişirin. Amma tam bişməsin. Soğanı soyun, yuyun, ədviyyatları və suyu da əlavə edin, ətlər bişənə qədər bişirin. Lobyanı da əlavə edib qarışdırın. Bir şüşə soba qabının kənarlarına qızartdığınız bibər və badımcanları yığın, içlik əti isə qabın ortasına qoyun, badımcan və bibərlərin arasına isə doğradığınız pomidorları yığın. Bir kasada pastaları və suyu qarışdırın. Qabın içinə tökün, üzərini isə yağlı kağız və folqa ilə bağlayın. 180 dərəcə əvvəlcədən isidilmiş sobada 20 dəqiqə bişirin. Üzərini daha sonra açın və 5-10 dəqiqə də bu şəkildə bişirin.


Nuş olsun!
Daha çox resept burda !

Bunları da oxumadan keçmə!

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun