Azərbaycanın gözəllİk ustaları!
ru az

Qışda manqal və kömür olmadan kabab bişir!

Kulinariya
BALONDA KABAB olar? Olur. Özü də super dadlı
Ərzaqlar:
Antrekot və quzu əti – 1 kq.
Quyruq – 250 qr.
Baş soğan – 3 ədəd
Limon suyu – 1 x.q.
Su – 100 ml.
Duz-istiot
Hazırlannası:
Ət yuyulur, tikələnir. Duz, istiot, limon şirəsi qatılır. Soğan halqavari doğranılır, üzərinə su alınıb, 30 dəqiqəlik marinadlaşmaq üçün kənara qoyulur. Quyruq nazik doğranılır. Kabab çöplərinə ət, sonra quyruq və soğan düzülür. Bankanın dibinə qalan soğan qoyulur və hər bankaya 3-4 şiş yerləşdirilir. Bankanın ağzını falqa ilə bağlayırıq.
Diqqət: bu kabab üçün banka və ya balon həm içi, həm çölü qupquru olmalıdır ki, sobada partlamasın.
Bankanı soyuq sobaya qoyub, 180 dərəcədə yandırırsız. 60 dəqiqə hazırlanır. Vaxt bitəndən sonra sobanın qapağını əvvəlcə yarıya kimi açıb bankanı hələ sobada ikən 10 dəqiqə soyuduruq. Sonra dəsmalla əlimiz yanmasın deyə ehtiyatla  bankanı götürüb, çöpləri içindən çıxarırsız.
Yupyumşaq, ətirli, dadlı Banka kababınız hazırdır!
Mənbə : sufrem.az

Bunları da oxumadan keçmə!

Sobada tava kababı

Sobada tava kababı

Новый вкусный рецепт кебаба от блоггера и любителя вкусно приготовить Нигяр Керимовой

Ətraflı oxu

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun