Azərbaycanın gözəllİk ustaları!
ru az

Heyva deserti!-RESEPT

Kulinariya

Heyva şirniyyatı ləzzətli olduğu qədər də praktik və asan hazırlanır. 

Lazım olan ərzaqlar:

- 4 heyva

- 3 su stəkanı şəkər tozu

- 1 stəkan yarım su

- Qoz və ya qaymaq

 

Hazırlanma qaydası:

Heyvaları yuyub soyduqdan sonra iki hissəyə bölün. Toxumlu hissələrini yaxşıca kəsin və qazana düzün. Üzərinə qabıqların bir qismini əlavə edib 5 dəqiqə qaynadın. Qaynamağa başladıqdan sonra şəkər tozunu tökün, vam odda 2 saat bişirin. Bişdikdən sonra heyvaları servis qabına qoyun, qazanda qalan şərbəti isə heyvaların üstünə gəzdirin.İlindikdən sonra üstünə qoz və ya qaymaq qoyub yeyə bilərsiniz.

Nuş olsun!

Mənbə : lent.az

Bunları da oxumadan keçmə!

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun