Azərbaycanın gözəllİk ustaları!
ru az

Qarışıq turşu resepti

Kulinariya
Havalar soyuduqca, orqanizmin qida tələbatı da dəyişir.

Yayın və qışın yeməkləri fərqli olduğu kimi, salatları da fərqlidir. Siz də yəqin razılaşarsız ki, ürəyiniz diri salatdan daha çox, turşu (şoraba, tutma) istəyir.

Hər bir azərbaycanlının evində yeməklərimizin yaraşığı sayılan turşu olur. Siz necə qış üçün kifayət qədər turşu ehtiyatı hazırlaya bilmisizmi?



Lazım olan ərzaqlar:


2 kq badımcan

1 dəstə cəfəri

1 dəstə kərəviz yarpağı

1 ədəd kiçik ağ kələm

4 ədəd xiyar

2 ədəd kök

25-30 ədəd şirin bibər

5 ədəd acı bibər

3 baş sarımsaq

Hazırlanma qaydası:


Badımcanları istədiyiniz şəkildə doğrayın. Acısı çıxsın deyə duzlu suda gözlədin. Cəfəri və kərəviz doğrayıb qarışdırın. Sarımsaqları soyun. Kələmi, kökləri, xiyarları, bibərləri istədiyiniz formada doğrayın. Turşu qablarınıza yığın. Üzərinə duz, üzüm sirkəsi əlavə edib, ağzını bərk bağlayın.

Nuş olsun!
 

Bunları da oxumadan keçmə!

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun