Azərbaycanın gözəllİk ustaları!
ru az

Sobada tava kababı

Kulinariya

Sizə lazımdır:

- yarım kq çəkilmiş ət
- 3-4 budaq göy soğan (cəfəri də olar, sadəcə məndə göy soğan var idi)
- bir şirin qırmızı bibər (mən uzunsov şirin olanından istifadə etdim)
- bir orta ölçülü soğan
- duz,istiot

Hazırlanması:

Sobanı 200C dərəcədə qızdırın.

  1. Blenderdə soğanı, bibəri, göy soğanı xırdalayın.
  2. Çəkilmiş ətə elavə edin. Duz ve istiotunu zövgünüzə uyğun vurun.
  3. Hər hansi sobayadavamlı qabın dibini yağlayın (tomat sousu da istifadə edə bilərsiniz). Hazırlanmış qarışığı  qaba yayın. Bıçaqla porsiyalara bölün ki,bişəndən sonra dilimləmək asan olsun.
  4. Üzərinə qabığı soyulmuş ve dilimlənmiş pomidor düzün. Acı bibər kababı istəsəniz, bütöv şəkildə ondan da  qoya bilərsiniz.
  5. 40 dəqiqə bişirin.

Mən hələ belə sulu, ləzzətli tava kababını yeməmişdim. Reseptlərimi ailə üzvlərim bəyəndiyi halda paylaşıram və bu resept də sevilənlərdən birinə çevrildi.

Nuş olsun.




Reseptin müəllifi: Nigar Kərimova

Bunları da oxumadan keçmə!

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun