Azərbaycanın gözəllİk ustaları!
ru az

Zirincli toyuq

Kulinariya

Bu yemək özü öz sousunu yaradır. Çox ləzzətli, asan və tez olmasına baxmayaraq qurme görünüşə malikdir. 

Buyurun bu da resept:

Sizə lazımdır:

- 1 toyuq, hissələrə bölünmüş. (Men kənd toyugu istifade etdiyimden toyuq balacadı, amma broyler olsa, böyüklüyünə görə o biri ərzaqları da azca çox götürə bilərsiniz.)
- 2 böyük soğan, yarımhalqalara doğranmış
- 1/4 stəkan (1 armudu stəkan) zirinc yaxşı yuyulmuş.

(Qeyd edim ki, evdə zirinc yoxdursa sadəcə bir su stəkanı dolusu şabalıd istifadə edin. Eyni dad olmasa da, yenə də asan ve tez nahar ideyasıdır.)

Əlavə olaraq (dad qatmaq istəsəniz, amma məcbur deyil)
- 1 cay qaşiği qədər sarıkök (soğana elavə edəcəksiniz)
- 1 limonun suyu

Hazırlanması:
Qıraqda toyuğu azca qaynamağa qoyun. Tam bişməsə də olar. Əsas odur ki, azca da olsa qaynasın. Böyük tavaya yağı və soğanları qoyun. Azca duz, sarıkök vurun. 10-15 dəqiqəliyə ağzını bağlayın, qoyun yumşalsın ve bişsinlər. Sonra toyuqları sudan cıxardın. Düzün soğanın üzərinə. Duz vurun, limon suyu sıxın. Ağzını bağlayın ki, 5-10 dəqiqə bişsin. Sonra qapağı açın. Zirinc tökün. Qapağı bağlayın. 15 dəq sonra qarışdırın. Vam odda toyuqlar yumşalıb bişənə qədər (hardasa yarim saat-40 deq) bişirin.

Nuş olsun.

Resept: Nigar Kərimova

Bunları da oxumadan keçmə!

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun