Azərbaycanın gözəllİk ustaları!
ru az

Qızdırma salmağın 6 təbii vasitəsi!

Sağlamlıq

Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın. Hərarət çox yüksək deyilsə (38,5 C), təbii vasitələrdən istifadə edin. Pomada.az saglamolun.az-a istinadən ən effektli təbii qızdırma salan vasitələri təqdim edir.

1. Moruq
 
Moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir. Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu turşunu "aspirin" kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən güclü hərarətsalan maddələrdir biridir.
Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və qabıqdan dəmləmə hazırlayın.
 
2. Cökə ağacının çiçəkləri
 
Çökə ağacı da qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi için.
 
3. İtburnu
 
Bu da tanınmış qızdırma salan, iltihabəleyhinə və immuniteti möhkəmləndirən vasitədir. Axşamdan termosa 1 ovuc qurudulmuş itburnu tökün (əvvəlcədən meyvələri əzin), üzərinə yarım litr isti su tökün, səhərə qədər saxlayın, səhər yaxşı süzün və gün ərzində için. Çaya bal əlavə etmək olar.
 
4. Çobanyastığı 
 
Çobanyastığı iltihabı azaldır, immuniteti möhkəmləndirir. 1 x.q. çobanyastığı 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və adi çay kimi için.

 Daha çox burdaQripdən necə qorunaq?

5. Portağal və ya qreypfrut şirəsi
 
Bu vasitə də soyuqdəymə və qrip zamanı çox yaxşı kömək edir - hərarəti salır, vəziyyəti yüngülləşdirir, immuniteti gücləndirir.
 
6. Ərik qurusu və kişmiş dəmləməsi
 
Ərik qurusu və kişmiş də asetilsalisil turşusu ilə zəngindir. Dəmləmə hazırlamaq üçün axşamdan termosda 5-6 ərik qurusu və 1 ovuc kişmiş yarım l isti suda dəmləyin, növbəti gün ərzində için. Meyvələri yeyə bilərsiniz.

Bunları da oxumadan keçmə!

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun