Azərbaycanın gözəllİk ustaları!
ru az

Gecə yatmazdan öncə makiyajı niyə silməliyik?

Sağlamlıq
Makiyajla yatıb ertəsi gün oyandığınızda dərinizdəki ağırlığı hiss etmiş olarsınız. Yatmadan makiyajı silib nəmləndirici sürtsəniz, daha fərəh oyanarsınız.
 
Göz makiyajını silmədən yatmaq olduqca həssas olan göz ətrafları üçün zərərlidir. Göz kölgəsi ilə yatarkən gözətrafı dəriniz daha tez təsir görər. Gözdə itdirsəyi kimi xəstəliklərin yaranmasına səbəb olur. Allergik reaksiya da törədə bilər.
 
Gözlərdəki tuju silmədən yatmaq kirpiklərin zəifləməsinə və tökülməsinə səbəb olur. Tujla yatmaq göz dibində itdirsəyinin çıxması və irəliləyən mərhələlərdə göz quruluşunun deformasiyaya uğramasına yol aça biləcək infeksiyalar yarada bilər.

Daha çox burdaQaraciyəri təmizləyən DETOKS
 
Dəriniz gün boyu bakteriya, hava kirliyi, eqzos qazı kimi zərərli təsirlərə məruz qalır. Tonal kremlər də dərinizdəki məsamələri tıxadığı üçün bu bakteriyalar daha təhlükəli hala gəlir.

 
Dodaq boyası ilə yatdıqda səhər oyanarkən dodaqlarınızın quru və çatlamış vəziyyətdə olduğunu görəcəksiniz. Dodaqlarınıza şəkər tozu və limonla hər gecə pilinq edib nəmləndirin.
 
Yuxu saatlarında dəri özünü yeniləyir. Əgər yatmadan əvvəl makiyajınızı təmizləməsəniz, dəriniz yetərincə nəfəs almayacaq. Və bu da erkən yaşlanma, sallanma, fərqli dəri problemləri deməkdir.
Bəzən gün boyu çoxyorulursuz və evə gəlib, yalniz yemək yeməyə halınız çatır. Öz gözəlliyinizə vaxt ayıra bilmirsinizsə, o zaman bizim profisional kosmetoloqlarımıza müraciət edin.Linkə keçərək ustanın qəbuluna onlayn yazılın.(https://goo.gl/TcZw0m)
 
 
Sızanaqlı yorğun və qırış bir dəri istəmirsinizsə, dərinizə yaxşı baxın!

Mənbə : azadqadin.az

Bunları da oxumadan keçmə!

Yayda necə qidalanmaq lazımdı: 5 qayda

Yayda necə qidalanmaq lazımdı: 5 qayda

Orqanizmə əziyyət vermədən yayda nə ilə qidalanmaq lazımdır? İstini keçirtmək üçün hansı məhsul, yemək və içkilər bizə kömək edə bilər? Yay mövsümündə düzgün qidalanmasının 5 qaydası

Ətraflı oxu

Bütün xidmətlər

Daxil olun

və ya

Qeydiyyat

Siz
və ya
Daxil olun