in , ,

Amazon’un süni intellekt robotu 24 işçini xəstəxanalıq etdi – Amazon’dan rəsmi AÇIQLAMA

Amerikanın e-ticarət nəhəngi Amazon’un New Jersey əyalətindəki anbarında süni inllekt olan robotun səhvən ayı qovucu bir spreyi qırması nəticəsində 24 işçi xəstəxanalıq oldu.

Amerikan mediasında yer alan xəbərlərə görə, Amazon‘un, New Jersey’in  Robbinsville bölgəsində yerləşən anbarında istifadə olunan süni intellekt robot ayı qovucu bir spreyi səhvən qırıb.

Qırılan spreydən çıxan qaz nəticəsində, orada çalışan işçilərdən 30 nəfər yerindəcə müalicə olunarkən, 24 nəfər isə ətrafdakı xəstəxanalara yerləşdirilib.Xəstəxanaya yerləşdirilən işçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.

Amazonun verdiyi yazılı açıqlamada, “Bir spreyin qırılması nəticəsində yaranan qazdan təsirlənən və xəstəxanaya yerləşdirilən çalışanlarımızın hamısının 24 saat içində xəstəxanadan evə buraxılmaları gözlənilir. Onların təhlükəsizliyi hər zaman öncəliyimiz olmuşdur. Mövzuyla bağlı ətraflı araşdırma başladılıb.” ifadələrinə yer verilib.

2016- cı ilin məlumatlarına əsasən, Amazon’un yüksək robot texnologiyasının istifadə olunduğu, 20 məhsul təhliletmə və 125 sifariş hazırlama mərkəzi var.

Hurriyet.com.tr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Dəb bilicisindən 2019-cu ilin trendləri ilə bağlı PROQNOZ: Çirkli saç, köhnə paltar… – VİDEO