in , ,

Türkiyədə yaşayan Elnur məşhur şirkətlə müqavilə imzalayıb – VİDEO

Bir müddədir Türkiyədə yaşayan azərbaycanlı müğənni Elnur Hüseynov Bakıda tədbirlərin birinə qatılıb.Açıqlama verən müğənni yeniliklərindən danışıb:

“Hazırda yeni kompozisiyalar üzərində çalışıram. İşlərim həddindən artıq çoxdur. Türkiyədə “Sony Music Entertainment” şirkəti ilə müqavilə imzalamışam. Bütün layihələrimi onlar hazırlayır”.

Bakıda az-az tapılan E. Hüseynov bunun səbəbini belə izah edib:

“5 aydır İzmirdə yaşayıram. Bakıya yalnız valideynlərimi, dostlarımı görmək üçün gəlirəm və yenidən Türkiyəyə qayıdıram”.

Qeyd edək ki, müğənninin son təqdim etdiyi “Dreamer” klipində yarıçılpaq görüntülənməsi müzakirəyə səbəb olmuşdu. Mahnının sözləri Diana Hacıyevaya, musiqisi isə İsfar Sarabskiyə aiddir.

Hüseyn Məmmədsalahov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Azərbaycanda Youtube-dan ən çox pul qazanan blogerlər – ayda 8300 dollar (VİDEO)

Uğurlu insanlar günə belə başlayırlar – VƏRDİŞLƏR