in , , ,

Evdar xanımların nəzərinə

Duzun bu faydaları sizə kömək edəcək!

Duz yalnız yeməklərimizə dad qatmır. Duzun həm də digər faydaları var.

Qapı girişlərinə və parketin boş yerlərinə duz töksəniz, qarışqaların gəlməsinin qarşısını almaq olar;

Qoltuq altında yaranan tər ləkələrindən xilas olmaq üçün isti suya 4 qaşıq duz atın və paltarlarınızı bu qarışıq ilə yuyun;

Duz qan ləkəsinə qarşı da olduqca təsirlidir. Soyuq duzlu suyu qan ləkəsi olan hissəyə tökün sonra ilıq su ilə yuyun;

Duz, karbonat (soda) və bir az su qarışdırıb dişlərinizi fırçalasanız, bəyazlaşdığını görəcəksiniz;

Masadakı su ləkələrinin üzərinə duz və zeytun yağı qarışığı töküb ovsanız, ləkələr gedəcək;

Qazandakı yağ və kif ləkələrinə duz və bir neçə damcı limon suyu töküb təmizləsəniz, ləkələr tez bir zamanda yox olacaq;

Soyuducunu su, duz və karbonat (soda) qarışığı ilə təmizləsəniz, soyuducunun pis qoxulardan xilas olduğunu görəcəksiniz;

Yağ yapışan tavalara duz töküb kağız dəsmal ilə təmizləyin;

Qırmızı şərab tökülən yerə dərhal duz tökün. Ardından soyuq su ilə yuyun, duz şərabın böyük qismini təmizləyəcək;

Davamlı qəhvə hazırladığınız çaydanın içinə duz və buz qoyub çalxalayın, tərtəmiz olduğunu görəcəksiniz.

 

 

metbuat.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Röyanın sərvət dəyərində PALTARLARI: İNANILMAZ QİYMƏTLƏR – FOTO

Cinsi əlaqədən doymayan qadının xəstəliyi – Nimfomaniya nədir?