Protein (zülallı) kokteylər hər bir insana vacibdir. Xüsusən də əgər siz günlük məşq ilə məşğul olursunuzsa. Xüsusi süni tozlardan istifadə etməkdənsə bu kokteyllərdən hazırlayıb içə bilərsiniz:
Kokteyl № 1
-Kokteyl üçün sizə 250 ml süd, 1 banan, yoqurt, 2 qaşıq bal, yulaf, dondurma tələb olunur. Hamısını qarışdırıb blenderdə çalın.
Kokteyl № 2
– 100 qr. kəsmik, 200 ml süd, 1 banan, 1 x.q. bal, 2-3 x.q. yulaf.
Kokteyl № 3
– 2 banan, 500 ml süd, 100 ml qaymaq və ya dondurma, 1 poket vanil, zövqə görə darçın. Qarışdırıb blenderdə çalın.
Kokteyl № 4
– 1 stəkan süd, 1 çay qaşığı şəkər tozu, 1 yumurta.

Kokteyl № 5
– 200 qr. kəsmik, 100 qr. qatıq, 100 qr. şirə, xurma və ya banan.
Kokteyl № 6
– 100 qr. kəsmik, 100 qr. albalı şirəsi, yumurta ağı, azca şəkər tozu.
Kokteyl №7
– 1 yumurta, 1 xörək qaşığı bal, 1 doğranmış qoz, 1 stəkan qatıq əlavə edib mikserlə çalın.
Kokteyl №8
-200 qr. kəsmik, 50 qr. bal, 60 qr. süddə həll olunmuş yumurta tozu, və ya 4-5 yumurta, 1 qaşıq xama. Blenderlə çalın.
Kokteyl №9
-500 ml süd, 250 qr. kəsmik, 10 bildirçin yumurtası, 50 qr. bal və ya mürəbbə, 100 qr. quru süd, 100 qr. xama, kişmiş, kuraqa. Blenderlə çalın.
Kokteyl №10
– 250 ml əridilmiş yağ, 250 qr. kəsmik, 1 x.q. cücərən buğda və ya yulaf, 1 x.q. kətan yağı.

Comments
0 comments