in , , ,

Səhər ac qarnına kartof suyu içməyin faydaları

Kartof təkcə ölkəmizdə deyil, dünyada da sevilən və olduqca faydalı tərəvəzlərdən biridir. Kartofdan müxtəlif cür yeməklər hazırlanır. Bəs, çiy kartof suyunun faydaları haqda necə, məlumatınız varmı?

1. Kartof suyunun çox yaxşı iltihab önləyici xüsusiyyətləri var. Bel, kürək və oynaq ağrılarının aradan qaldırılmasında təsirlidir. Kartof suyu bütün bədəndə qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhərlər ac qarına içmək təklif olunur. Bu, reflyuks xəstələrinə çox yaxşı təsir edir.

2. Kartof suyu həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Qəbizlik, ishal, şişkinlik, mədə yanması və mədə pozğunluğu kimi problemlərə müalicəvi təsir göstərir.

3. Kartof suyu orqanizmdən zərərli maddələri xaric edir. Odur ki, bu su qaraciyərin və yağının təmizlənməsi baxımdan da faydalıdır. Kartof suyu sidik yollarında daş əmələ gəlməsinim də qarşısını alır.

4. Kartof suyu saç köklərini qidalandırır, onların daha gur və sağlam olması təmin edir. Bunun üçün kartof suyunu yumurta ağı və bal ilə qarışdırıb saçlarınıza sürtün. Yarım saat sonra saçlarınızı şampun ilə yaxalayın.

5. Kartof suyunun tərkibinə dəmir və fol turşusu daxildir. Bu qida elementləri qırmızı qan hüceyrələri yaradır. Dolayısı ilə kartof suyu sayəsində qan azlığı riskini azaltmaq mümkündür.

6. Kartof suyunun başqa faydası odur ki, dəridə qaşıntı və qabıq problemini aradan qaldırır. Dərini sakitləşdirir. Soyuq kartof suyu isə günəşdə yanmış dərininin ağrısını yüngülləşdirir. Kartof suyunu mütəmadi olaraq içmək dəri quruluğunu da yox edir, onu nəmləndiri.

7. Bu tərəvəzin suyu göz ətrafı qara halqaları da azaldır. Bunun üçün pambığı kartof suyuna göz ətrafına çəkin.

8. Kartof yaxşı kalium mənbəyi kimi yüksək təzyiqin azaldılmasına təsir göstərir.

Qeyd edək ki, kartof suyunu səhər ac qarnına içmək daha məsləhətdir.

axsam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Uşaq bir yaşda ən azı neçə söz deməlidir?

Bakıda hər kəsi təəccübləndirən sərgi – Hiperrealistik Heykəllər (FOTOLAR)