in , , , ,

Spiralla qorunmaq hansı qadınlara qadağandır?

Bir çox qadın istənilməyən hamiləlikdən qorunmaq üçün spiraldan istifadə edir. Spiral T formasında olan, uşaqlığa yerləşdirilən plastikdir. Vaginanın giriş hissəsindən taxılır. Bunun əks təsirinin olub-olmaması ilk zamanlardan məlum olur. Çünki ilk yerləşdirilən zaman vücuda yad olduğu üçün əks reaksiya verə bilər. Əgər qanaxma baş verərsə bu o deməkdir ki, infeksiya mövcuddur.

Həkimlər hamiləlikdən qorunmaq üçün ən uyğun yolun spiral olduğunu bildirir.

Bəs kimlər spiraldan istifadə edə bilməz?

Daha öncə yumurtalıqlarında infeksiya keçirmiş, genital nahiyyədə problemi olan qadınlara spiraldan istifadə etmək düzgün hesab edilmir.

Hamilə və bakirə qızlar üçün doğru seçim deyil.

Menstruasiyası vaxtları dəyişən qadınlar istifadə edə bilməz. Çünki taxılan spirallar qanaxmaların miqdarını artırır.

Uşaqlıqda mioması olanlar  üçün də düzgün hesab edilmir.

 

Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qan qrupu xəstəliklərə meylliliyə təsir edir

Saçlarınızı gücləndirmək üçün bu qidalardan yeyin