in , , ,

Münasibətinizi təhlükəyə atan riskli vəziyyətlər nədir?

Münasibət yaşadığınız insanla müəyyən zamanlarda mübahisə edə bilərsiniz. Ancaq münasibətdə mütəmadi olaraq problemlər yaşayırsınızsa bu təməldə yatan riskli vəziyyətdən xəbər verir.

Bəs evliliyiniz və ya münasibətinizi bitirə biləcək riskli vəziyyətlər hansıdır?

Pomada.az həmin məqamları təqdim edir:

Tez-tez zəng etmək – Münasibəti sıxan mövzuların başında tez-tez zəng etmək və daimi maraqlanmaqdır. Bu bir çox qadınların etdiyi yanlış hərəkətdir. İlk günlərdə xoşa gələn bu hərəkət zamanla sıxıcı hal ala bilər.

Bir-birinizdən xəbərsiz qalın ki, görüşəndə danışacaq mövzunuz olsun.

Hər fikrini təsdiqləməyin – Bəzi kişi və ya qadınlar sevdikləri insana öz hörmətlərini göstərmək üçün, özünü daha da sevdirmək üçün qarşısındakının hər düşüncəsini təsdiqləyir. Bir müddətdən sonra fikriniz sevdiyiniz insan üçün əhəmiyyətli olmayacaq.

Problemlərinizdən qaçmayın – Ortada problem varsa burada hər iki tərəfin günahı mövcuddur. Bunun üçün problemlərinizdən qaçmaq əvəzinə üstünə gedərək həll etməyə çalışın.

 

Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Saçlarınızı gücləndirmək üçün bu qidalardan yeyin

57 yaşlı Sharon Stone özünü belə təqdim etdi