in , , ,

İmzanız xarakteriniz haqqında nə deyir?

Qrafologiya sahəsində biliklərə sahib olan insanlar və ekspertlər imzaya baxmaqla onun sahibi haqqında çox şey deyə bilərlər. İlk imza rəsmi olaraq simvollar şəklində mövcud olmuşdur.

XVI – əsrdən başlayaraq, imza ad və ya təxəllüsü göstərən hərflərin aydın şəkildə ifadəsi ilə vurğulanmağa başlayır. XVIII  əsrdə  artıq imza özündə təkcə ad və soyadın elementlərini yox, həm də, onun saxtalaşma imkanını çətinləşdirən müxtəlif qrafik elementlərin əlavəsi ilə çəkilməyə başlanır.

Hal-hazırda imza çəkməkdə hər hansı qanun təyin olunmayıb.  Lakin, imza sahibi  imzanın dəqiq təsvirini çəkməyə  imkan verən müəyyən qanunauyğunluqlara tabedir. İnsanın xasiyyətini onun imzası və ya praktiki qrafalogiya ilə bilmək – bu gün qrafologiyada aktual məsələlərdən biridir.

 

İmzadan xarakteri necə təyin edək?
– İmza uzun çəkilirsə, imza sahibi  çox  səbrlidir.
– İmza qısadırsa insan məntiqini yaxşı istifadə edə bilir.
– İmza iti xəttlərdən ibarətdisə,  sahibi iti fikirli, zarafatcıl, iti məntiqli və dilini qılınc kimi istifadə edən və dediklərindən çox çəkəcək bir insandır.
– İmza düzdürsə insan, etibarlı, yaxşı əxlaqlı biridir.
– İmzada yumruluq varsa adamda lider xüsusiyyətləri vardır.
– İmzada 3 nöqtə varsa adam iti nişançı, ovçuluğa uyğun və son söz deməyi sevəndir.
– İmzada geri çevrilmələr varsa adamın yaddaşı qüvvətlidir.
– İmza bəzəkli xəttlər təşkil edirsə sahibi estetik zövqlü və incəsənətə meyllidir.
– İmza qısa və anlaşılmayandırsa sahibi nəyisə önəmsəyən deyil.
– İmzanın başı böyük hərf və gözəgəlimli başlayırsa sahibi özünə inamlı, başlanğıcda özünü yaxşı, xarizmatik tanıdandır.
– İmzanın başı, ortası və sonu böyüksə müvafiq olaraq o əvvəldə, ortada və sonda özünü yaxşı təqdim edən və yaxşı iş təqibi olan biridir.
– İmzanın sonu böyük hərflə bitirsə başladığı işləri yaxşı bitirir deməkdir.
– İmzanın baş hərfindən sonra gələn qisim incə isə sahibi incə xarakterli və romantik, qalınsa adam kobuddur və romantik deyil.
– İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt varsa adamın hədəfi böyükdür. Aşağı doğru xətt varsa adam içinə bağlıdır. Pessimistdir.
– İmza sağa əyiləndirsə sahibi sosial, diplomat; geriyə əyilmişsə qeyri sosialdır.
– İmza necə gəldi çəkilmişsə sahibi də eyniylədir. Demək olar ki tüfeyli həyat tərzi yaşayanların imzasıdır.
– İmzada 3-4 fərqli xarakter varsa adam səhnəyə daha yaxın biridir.
– İmzada geri çevrilmələr varsa adamın yaddaşı qüvvətlidir.
– İmza sağa əyiləndirsə sahibi sosial, diplomat; geriyə əyilmişsə qeyri sosialdır.

 

Sevinc Abdullayeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Instagramda mavi ulduz almaq üçün nə etmək lazımdır?

Bürcləri 2019-cu ildə nə gözləyir? – PROQNOZ