in , , ,

Ayrılmazdan əvvəl özünüzə bu sualları verin – Sonra nəticəsi ağır olmasın

Evliliyi dərhal bitirmək düşündüyümüz qədər asan məsələ deyil. Bu səbəbdən psixoloqlar ayrılmazdan öncə bir müddət ayrı qalmağı tövsiyə edirlər. Bu müddətdə isə özünüzə bəzi sualların cavabını verməlisiniz.

Bəs bunlar hansı suallardır?

Pomada.az təqdim edir:

  • Həm siz, həm də yoldaşınız ayrılmağı qarşılıqlı olaraq istəyirsiniz?
    Əgər cütlükdən biri ayrılmağı istəmirsə və həll yolu axtarırsa, ayrı qalmaq çarə ola bilər. Hər iki tərəf hazırdırsa boşanmaq daha asan baş verər.

 

  • Boşanmanın səbəbi nədir?
    Əgər tam olaraq əmin deyilsinizsə, düşünməyə dəyər.

 

  • Evliliyinizdə yaşadığınız problemi əvvəlki münasibətlərinizdə də yaşamısınız?
    Əgər mütəmadi olaraq eyni problemlə rastlaşırsınızsa səhv evliliyinizdə deyil sizdə ola bilər. Psixoloqlara görə əgər ayrılma nöqtəsi varsa burada hər iki tərəfin rolu böyükdür. İndi həll etməsəniz gələcəkdə yaşayacağınız münasibətlərdə də eyni səhvlərə yol verəcəksiniz.

 

  • Nə üçün boşanmaq istəmirsiniz?
    Çünki bəzilərinin ayrılmaq üçün kifayət qədər səbəbi olsa da ailə və ya dini inanclara görə əziyyət çəkərək evliliklərini davam etdirirlər.

 

  • Psixoloq yanına getməyinizə ehtiyac varmı?
    Bu ərəfədə ailə terapiyasına getməyinizdə fayda var.

 

  • Ayrılıq uşaqlarınıza necə təsir göstərəcək?
    Unutmayın ki boşansanız belə uşaqlarınız üçün bir araya gəlməlisiniz. Onlardan ayrılmadınız. Əgər evliliyiniz uşağınıza ancaq pis örnəkdirsə davam etməyin də mənası yoxdur.

 

  • Sizin və ya yoldaşınızın topladığı əlavə pulu varmı?
    Əgər ayrılsanız da yoldaşınızın maddi gücü yoxdursa ona bu barədə kömək etməyiniz tövsiyə edilir.

 

Müəllif: Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu

Instagramda mavi ulduz almaq üçün nə etmək lazımdır?