in , , ,

Qadın seksuallığının yaşı. Qadınlar öz seksual həyatlarından nə gözləyirlər? (2)

Qadınlar nə istəyir?

Qadın seks haqqında nə düşünür?

Qadınların ən seksual yaş dövrləri hansı dövrlərdir?

Qadınların seksuallığı haqqında çox optimist yanaşmalar mövcuddur. Qadının hər yaş dövrü ona öz arzularını daha yaxşı müəyyən etmək üçün mükəmməl imkanlar verir.

Məqalənin ilk hissəsi bir müddət əvvəl təqdim olunmuşdu.

Həmçinin oxu (1-ci hissə): Qadın seksuallığının yaşı. Qadınlar öz seksual həyatlarından nə gözləyirlər?

Davamı:

Qadın seksuallığı  45-52 yaş dövründə:  Yeni astana:
Qadın yaş dövrünün ən mühüm yaş dörü 50 yaşın astanasında başlayır. Bu yaş dövründə qadında  daha  çox öz seksual həyatının nəticələri haqqında fikirlər formalaşır və yeni yaş dövrlərinə bir fundament qoyur bununla. Artıq zaman gözləmir və qadın partnyoru ilə həm sağlamlıq, həm də seksuallıq baxımdan münasibətləri aydınlaşdırmalıdır. Qadın gələcək xöşbəxt həyatını təmin etmək üçün, öz keçmiş həyatını gözdən keçirməli və olduğu kimi qəbul etməyiə özünü hazırlamalıdır.

Bu yaş dövründə qadında qadınlar  öz cazibədarlığını itirmək və  yaşlanmaq həyəcanı qadının həyatını üstələyə bilər. Müvəqqəti depressiya  halları dərin nostalgiya hissləri yarada bilər. Qadında təbiətə qarşı daxili üsyan yarana bilər, onda son dərəcə yüksək seksual həyat istəyi baş qaldıra bilərvə həzz hiss etməyə can atma baş qaldıra bilər.

 

Qadın seksuallığı  52-55 yaş dövründə:  Şiddətli fırtıına:
Qadının yaş dövrləri arasında bir neçə mərhələlər var ki, həmin dövrlərdə qadın əsl qəhrəman kimi özü arzuları uğrunda, seksual istəkləri və ehtirasları uğrunda mübarizə aparır. Əgər əgər 52 yaşa kimi qadında menopauza əlamətləri özünü  yüngül formada göstərməyə başlayırdısa, o qədərdə təhlükə yaratmırdısa, artıq bu yaş dövründə menopauza qadın həyatında aparıcı mövqe tutmağa başlayır. Xüsusilə bu dövrdə qadında həyatın ağrılarına qarşı mübarizə aparmaq arzusu baş qaldırır. Bu yaş dövrünün qadın psixikasında əsas göstəricisi qadının  bədənində gedən fizioloji dəyişikliklərə və hormonal dəyişikliklərə qarşı dözümlülük göstərməsi ilə müşayət olunur. Daxili narahatçılığı halsızlıqla əvəzlənir. Şən əhval-ruhiyyəsi sərhədsiz ciddiliklə əvəzlənir.

52-55 yaş dövr mərhələsində qadın xüsusilə öz bədəni ilə barışır. Çox gözəl başa düşür ki, o gənc bakirə deyil, ona görə də artıq qadında seksual uğursuzluq qorxusu da əhəmiyyətini itirir. Daha çox yeni ehtiras dalğası,  eksperiment ve kesfler ehtiyaci ilk plana keçir. Əgər bu mərhələni qadın ürəyi istədiyi kimi keçirə bilirsə, qadının bütün varlığını mənəvi aydınlıq, azad və dolu həyat eşqi bürüyür.

Yaradıcı ideyalar və kəşflər artıq ona uzaq görünmür, eksinə konkret məqsədinə çevrilir.

Qadın seksuallığı 55 yaşdan sonra. Müdriklik dövrü.dövründə:
Desək ki, 55 yaşdan sonra qadın öz bədənində yüngüllük ve qüsursuzluq hiss edir, bu təmamilə yalnış olardı. Bu dövrdə qadında həyat eşqi və bacarıqlarını analiz etmək öz bəhrəsini verir. Artıq bu yaşdan sonra qadında yeganə həyat mənbəyi onun öz ruhu, emosional həyacanlarıdır.

Bu dövrdə həyat əksər qadınlara qeyri adi həyacan bəxş edir. Bu monepauza sonrası orqazmdı.

Bu yaş dövründə həyatın depressiyasından və mənasızlığından uzaqlaşmaq üçün qadın üçün vacib amil öz bədəninin sağlamlığına seksuallığına qarşı xüsusi diqqətli olmaqdır. Təbii ki, saysız cinsi əlaqədən söhbət gedə bilməz. Ancaq, özünə sağlam münasibət, özünüqiymətləndirmə və qəbul olunmuş fizioloji dəyişiklikləri möcüzələr də yarada bilər. Seksual həzz isə bu yaş dövründə sadəcə enerjini atmaq vasitəsi deyil, həm də həyatda və öz seksual  mühitində özünü təsdiq və özünü ifadəyə çevrilir.

 

Müəllif: Sevinc Abdullayeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

İş stresindən özünüzü belə motivasiya edin

Gözünüzə yad cisim batıbsa…İlkin yardım necə edilməlidir?