Bu il 46-cı dəfə təşkil edilən “Emmy” mükafat mərasimi ABŞ-ın Nyu-York şəhərində keçirilib.
Gecədə “Ən yaxşı xarici serial” kateqoriyasında Türkiyənin “Cesur və Güzel” serialı da yer alıb.
Mükafat mərasimində serialın baş rol ifaçısı, məşhur türk aktrisa Tuba Büyüküstün də iştirak edib. Aktrisa mərasim üçün seçdiyi libasla diqqətləri üzərinə çəkməyi bacarıb.

Büyüküstün qara, sinə dekoltəli libası ilə hər kəsi heyran qoyub. O, daha əvvəl də “Ən yaxşı aktrisa” kateqoriyasında namizəd göstərildiyini və bu həyəcanı ikinci dəfə yaşadığını dilə gətirib.




open.az

Comments
0 comments