Dünyaca məşhur amerikalı müğənni Jennifer Lopez azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasından geyinib.
Ceylo dizaynerin 2019-cu il yaz-yay idman kolleksiyasında görüntülənib.
Qeyd edək ki, bu yaxınlarda dünya ulduzu Beyons da Rüfət İsmayılın kolleksiyasına müraciət edib. Dizayner Beyonsun geyindiyi qara idman dəstinin onun 2018-ci il kolleksiyasına aid olduğunu bildirib.

Xatırladaq ki, Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Ötən aylarda Nyu-York Moda Həftəsində onun geyimləri nümayiş olunmuşdu.



open.az

Comments
0 comments