in , , , ,

Bakıda “Black Friday” – Şok endirimlər! Endirimli mağazaların siyahısı

Məlum olduğu kimi, hər noyabr ayının son cümə günü dünyada “Black Friday” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Bu ənənə Azərbaycana da yayılıb. Son illər shopping sevərlər bu günü səbirsizliklə gözləyirlər.

Bu gün Amerika Birləşmiş Ştatlarında “Qara cümə”dir. “Qara cümə” (“Black Friday”) bu ölkədə qeyd olunan Şükranlıq Gününün (“Thanksgiving Day”) sabahısı “alış-veriş çılğınlığı” yaratmaq məqsədi daşıyır. Belə ki, məşhur şirkətlər bu gün öz məhsullarını 80% güzəştlə satır. Bu, çoxlarının ürəyincə olsa da, günün “Qara cümə” adlandırılması maraq doğurur. Adla bağlı 2 əsas versiya var.

İlk fikir budur ki, “Qara Cümə” günü mağazalar qapılarını səhər saat 4-5 radələrində açırlar. Həmin vaxt hava hələ qaranlıq olduğu üçün bu günə “Qara Cümə” adı verilib. Digər fikir isə ondan ibarətdir ki, bu gün mağazalarda yaşanan izdiham nəticəsində yaralananlar, həyatını itirənlər olur.

“Qara Cümə” ifadəsindən ilk dəfə yerli qəzetlərdən biri başlıq kimi istifadə edib. Yəni bu ifadə həmin günün mənzərəsini ifadə etmək üçün istifadə olunub. Sonrakı illərdə isə bu adəd halını alıb.

Qara Cüməyə necə hazırlaşmalı?

Öncədən sizə lazım olanların siyahısını tutun.

Endirim günü mağazalardakı qarışıqlığa hamımız şahid olmuşuq:
Müştərilərin laqeyd yanaşması, malların yerə atılması, yerlərinin dəyişdirilməsi səbəbi ilə uyğun razmerlərin tapılmaması və s.

Pomada.az sizə endirimlərdən yararlanmaq üçün əsas sirləri açacaq:
Artıq qarderoblardakı uzun növbələri və istədiyiniz geyimi yoxlamaq üçün vaxt itirməyinizə ehtiyac yoxdur.

Endirimdən 1-2 gün öncə mağazaları gəzin. Mağazanın boş olduğu zamanlarda istədiyiniz geyimləri geyinib yoxlayın və öz razmerinizi təyin edin. Sonra seçdiyiniz və dəqiq alacağınız malların şəklini etiketləri ilə birlikdə çəkin, etiketdəki əsas kodun aydın düşməsi şərtilə. Endirim günü səhər saat 10-da mağazaya yaxınlaşın, seçdiyiniz paltarın etiketini satıcıya göstərin. Bəli, satıcı geyimi hazır gətirir və siz heç nə axtarmadan, növbə gözləmədən – sevdiyiniz geyimi endirimli qiymətlə alıb gedirsiniz.

Müştərilərin və alıcıların əsas səhvləri cəlbedici qiymət etiketinin təsiri altında düşməkləridir. Endirimdə məfi 80% yazısı bir az sizin ağlınızı ala bilər. Amma bu “aşırı” endirimlərlə ehtiyatlı olmağınız məsləhət görülür, lazımsız alışlardan qaçının.

Azərbaycanın ən iri ticarət mərkəzlərindən biri Ganjlik Mall “Black Friday”la əlaqəli 3 gün ərzində mərkəzin iş vaxtlarını uzadıb: indi ticarət mərkəzindəki brendin endirim edib-etməməyindən asılı olmayaraq bütün mağazalar və kafelər həmişəki kimi saat 22-dək yox, saat 24-dək işləyəcək.

“Sərfəli” qiymətə mallar məhduddur, belə ki, ilk gələn udar.
Ticarət mərkəzinin mağazalarındakı bu «Qara Cümə» endirimlərini təqdim edirik.

Brend Endirim
Concasa 30%
Zel Home 50-70%
Maxi.Az 50%
Swarovski 175 AZN-lıq mal alana 10% endirim;

260 AZN – 20%;

350 AZN – 30%.

ZARA 0%
Aldo 30%
Bershka 0%
New Yorker Konfidensial informasiya
Pimkie Konfidensial informasiya
Mango 30%
Next 30%
Charles&Keith 30%
Ted Baker 20%
French Connection Saat 09:00-12:00 – 35%;

12:00-15:00 – 30%;

15:00-18:00 – 25%;

18:00-24:00 – 20%.

 

Lacoste 10%
Isabel Garcia 30%
Calzedonia

Intimissimi

20%
Tommy Hilfiger 10%
United Colors of Benetton Konfidensial informasiya
Pull&Bear 0%
Stradivarius 0%
Go Sport Konfidensial informasiya
Lady Sharm Konfidensial informasiya
Mudo Consept 20-30%
Chilia 5-15%
Collezione 20%
Courir Konfidensial informasiya
L`occitane 0%
Flo 10-30%
OVS Konfidensial informasiya
I am 10%
Ipekyol Konfidensial informasiya
Twist 20%
ADL 10%
Accessorize 10%
LcWaikiki 0%
Call it Spring 30%
DeFacto 30%
La Sienza 20%
Mavi 30%
Bata 30-50%
Calliope Aksessuarlar – 50%

Cemperərə xüsusi qiymət – 19.99 AZN

Terranova 50 AZNlıq alış-veriş edənə 20% endirim kuponu
Pink 20-30%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Hind xalq təbabət sisteminin yuxu haqqında vacib məsləhəti: “Yatmazdan əvvəl…”

McDonalds-a qarşı maraqlı cinayət işi açılıb