in , , ,

Numerologiya: doğum ilinin son rəqəmi bizə nədən xəbər verir?

Numerologiya –  rəqəmlərin insan taleyinə necə təsir göstərdiyini öyrənən elmdir.  Alimlər deyir ki, onun köməyi ilə insanın xarakterinin əsas xüsusiyyətlərini, taleyə təsir göstərən həyat işarələrini  deşifrə etmək olar və hətta bu elmin köməyi ilə gələcəyi də görə bilərsiniz.

İnsanın  doğum ilinin son rəqəmi unikal bir məna daşıyır. Şifrəni çözmək üçün qədim Çin təqvimindən istifadə etmək lazımdır. Təqvimə görə, hər rəqəm bu beş elementdən birinə aiddir:
Su, Yer, Alov, Hava və Ağac
Onlar, öz növbəsində, bir şəxsin xarakterinə, vərdişinə və bacarıqlarına təsir göstərir. Burada  rəqəmlərin nə məna daşıdığını izah edəcəyik..

 

0-1
Elementi – metal

Metal elementində doğulmuş insanlar çox məqsədyönlü olur, nə istədiklərini dəqiq bilir və həmişə öz fikirlərini müdafiə etməyə hazırdırlar. Onlar güclü xarakterə malikdirlər və bəzən özləri və başqaları üçün çox yüksək tələblər qoyurlar.  Bu insanlar xüsusi duyğularını biruzə vermeyi sevmirlər, təmkinlə davranırlar və başqalarına soyuq görünən şeylərdən ötrü həmişə həssas olurlar. Metal elementinə aid olan insanlar həmişə həyatda maddi rifah və lüks həyat üçün çalışır. Və onlar təklik və çətin yaşayış şəraitindən qorxmur.

 

2-3
Elementi – Su
Bu elementin nümayəndələri həssas və dərrakəli olur. Onlar yaxşı idarə etməyə və tez-tez manipulyasiyaya meyilli olur. Bu insanlar sirlərini başqalarına açmağı xoşlamır. Onlar yaxşı təsəvvür və diplomatik keyfiyyətlərə malikdirlər. Buna görə, ən çox onlar yaradıcı peşə seçirlər və ya diplomat olurlar. “Su” insanı yaxşı bir təşkilatçı deyil, həm də ifaçıdır. Ancaq onlar tez-tez ruhdan düşür və motivasiyaya ehtiyac duyurlar.

 

4-5
Elementi – Ağac

Ağac elementinə aid doğulan insanlar çox səxavətli və yeniliklərə  açıq olur. Onlar dünyanı öyrənməyi sevir və çox çalışqan olduqlarına görə, gərək düzgün şəkildə istirahət etməyi də öyrənsinlər. Çox vaxt öz güclərini nəzərə almayıb özlərini çox yükləyirlər. Onlara rahatlıqla etibar edə bilərsiniz ki, güvənli dost və sirdaş olurlar. Ağac elementinə aid olan insanlar inandırıcılıq qabiliyyətinə  malikdir, lakin demək olar ki, bunu heç vaxt öz məqsədlərini güdmək üçün istifadə etmirlər. Bu vergi onlara istədikləri hər şeydə uğur qazanmağlarına kömək edə bilər. Bu cür insanlar puldan və digər həyat dəb-dəbəsindən asılı olmurlar.

6-7
Elementi – Alov

“Alovlu” insanlar çox enerjili, xarizmatik və temperamentlidir. Hər hansı bir  yolla öz məqsədlərinə hədəflərinə nail olmağa çalışırlar. Həm də bu insanlar təkliyi sevmirlər və davamlı olaraq  irəliləməyə can atırlar. Ona görə də tez-tez menecer rolunu seçirlər. Alov elementinə aid insanlar ünsiyyətdə eqoist, çox duyğusal  və aqressiv olur. Onlar səbrsiz və özlərini bəyənmiş olur.

 

8-9
Elementi – Torpaq

Bu elementin nümayəndələri çox məsuliyyətli və qayğıkeşdirlər. Onlar heç vaxt öz qohumlarını və dostlarını göz ardı etməzlər və onlardan da qarşılıq tələb edirlər. Bu insanlar yaxşı bir intuisiyaya malikdirlər ki, bu da onlara fərqli perspektivləri görməyə və vəziyyəti qiymətləndirməyə kömək edir. Onlar problemləri addım-addım həll etməyi  sevirlər. Düzü, onlar  cox vaxtı yeniliklərdən qorxurlar. Yer elementinə aid  insanlar  çox sadə və inadkar olurlar.

Müəllif: Saliha Mahmudova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Ətir qoxusunun qalıcı olması üçün bədənin bu nahiyələrini seçin

Günün qoroskopu – 21.11.2018