in , ,

Facebook iş axtaranlar üçün doğru ünvandır? – Sosial şəbəkələrdə necə iş tapmalı…

Facebook-un quruluş məqsədi dost toplama və sosiallaşmadır.  Ancaq son zamanlar insanlar daha fərqli məqsədlər üçün sosial şəbəkədən istifadə edirlər. İş axtaranların, iş verənlərlə əlaqə saxlamaq üçün ortaq nöqtəyə çevrilib.

2017-ci ilin fevral ayından etibarən iş verənlər, iş təkliflərini, iş elanlarını facebook səhifəsində yayımlaya bilir.

Mütəxəssislərə görə, şəxsi məlumatlar gizli olsa da, iş verənlərin sizi tanıya bilməsi üçün haqqınızda olan bəzi məlumatların hər kəsə açıq olması gərəklidir.

Bəs iş verən siz olsaydınız işə götürmək istədiyiniz insanda nələrə baxardınız? Onun profilində nəyi görmək istərdiniz?

Pomada.az sualların cavabını təqdim edir:

Bəyəndiyiniz səhifələr, maraq sahələriniz, danışa bildiyiniz dillər iş verənlər üçün vacibdir. Bu profil hazır olduqdan sonra əsas məsələ iş elanını tapmaqdır. İş tapmaq üçün iş axtaranlara rəy yazmaq və onların sizin profilinizə girməsini təmin etməkdir. Bundan sonra isə iş tapmaq şansınız daha çox olacaq.

 

Müəllif: Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Sinənizi böyütmək istəyirsinizsə, bu qidalara üstünlük verin

Əriniz sizi aldadır? – Psixoloq aldatmağın səbəblərini açıqladı