in , , , , ,

Sevgilinizi tanımaq üçün ona bu sualları verin

İnsanların bir-birlərini yaxşı tanımaqları üçün əsas yollardan biri qurulan münasibətdir. Doğru münasibət isə suallar verməklə qurulur. Ancaq belə sualları bir-birinizdən imtahan tərzində deyil, danışarkən doğru zamanda vermək əsas məsələdir.

Bəs münasibətdə olduğunuz insanı hansı suallarla tanıya bilərsiniz?
Pomada.az həmin sualları təqdim edir:
– Mənimlə bağlı ilk diqqətini nə çəkdi?

– Bizim mahnımız nədir?
Kişilər adətən bu mövzuda diqqətcil deyillər. Uzun zaman öncə seçdiyiniz mahnını unuda bilər. Hətta soruşduğunuz an həyəcanlanıb hər hansısa mahnı adı çəkə bilər.

– Sevgisini ilk olaraq kim bildirdi? Bu hadisəni hər iki tərəf fərqli şəkillərlə xatırlaya bilər. Ancaq öyrənmək həm əyləncəli olacaq, həm də bir-birinizi daha yaxşı tanımağınıza kömək edəcək.

– Məndə ən çox sevdiyin xüsusiyyət hansıdır? Bu sual bir-birinizin xarakterinizi daha yaxşı öyrənməyə kömək edəcək.

– Məni sənə xatırladan hansısa əşya var?

– Sənə aldığım əşyalardan hansını daha çox bəyəndin? Bir-birinizin dəyər verdiyi əşyanı öyrənin. Beləliklə hədiyyə seçərkən işiniz daha da asanlaşacaq.

– Səni əsəbləşdirən xüsusiyyətim hansıdır? Müəyyən mübahisələrə yol aça bilər ancaq başlamamış bəzi problemlərin də həll yolunu tapacaqsınız.

– Ən çox istifadə etdiyim söz nədir?

– Səni sevdiyimdən necə əmin ola bilirsən? Sevginizə bir-birinizə sübut etməyin yolunu bununla öyrənərsiniz.

– Ən çox hansı görüşməyimiz yadda qalan olub? Bununla ortaq zövqlərinizi öyrənə bilərsiniz.

– Məni hansı paltarımda daha çox bəyənirsən? Sevdiyiniz insana necə gözəl görsənə biləcəyinizi bununla öyrənə bilərsiniz.

– Mənimlə bağlı hansı xəyalların var? Münasibətinizə dair planlarını bu üsulla öyrənə bilərsiniz.
 

Müəllif: Şahanə Quliyeva 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Avokado çəyirdəyi ilə bu problemlərdən azad olun

Qara nöqtələrdən təbii üsulla xilas olun – Evdə hazılanan maskalar