in , , , ,

İntim münasibətin faydalı vaxtı

Əksər insanlar hesab edirlər ki, cinsi münasibətlərə başlamağın ən yaxşı vaxtı axşamlar və ya gecə vaxtıdır. Seksoloqlar isə bunun təmamilə əleyhinə fikir bildirirlər. Artıq iş günü arxada qalıb, oranizm yorulub, yatıb dincəlmək istəyir. İnsanlar isə orqanizmin yorğunluğuna baxmadan, axşam saat 10-dan sonra, orqanizmin enerjisinin tükəndiyi vaxt cinsi münasibətdə olmağa çalışırlar. Nəticədə orqanizm daha da yorulub, əldən düşür və səhərlər əzgin formada yeni işə başlayıb, bütün iş gününü buxovlanmış, əzgin halda davam edirsiz.
Bəzən isə iş günündən sonra cinsi əlaqədə olmağı “pozulmayan qanuna” çevirib, məcburi iş kimi yerinə yetirməyə çalışırlar.
Əgər gözlər yumulursa və bədən istirahət tələb edirsə, bu zaman ən doğrusu orqanizmin təlabatlarına tabe olub, yatıb dincəlmək daha doğru olmaz mı?
Bəs sağlamığa zərər vurmadan seksual həyatdan necə zövq və həzz almaq olar? Cavab sadədir: – Səhərlər məşğul olmaqla.
Axşam isə ən yaxşısı yatmaq lazımdır. Sözün əsl mənasında.

Bəs seksoloqlar nə deyir?
Seksoloqlar bildirirlər ki, gecədən fərli olaraq səhərlər cinsi münasibətdə olmağın bir sıra faydaları var.
Birinci növbədə ənənəvi olaraq səhərlər çay və ya kofe ilə günə başlamaqdansa, cinsi münasibətlə başlamaq daha xoş oyanmadır.
İkincisi – səhərlər cinsi münasibət səhər gimnastikasına alternativ əsl fiziki hərəkətdir. Elm təsdiq edib ki, bir saat cinsi münasibətdə olmaq, 30 dəqiqə qaçışa bərabərdir.
Digər bir səbəb partnyorlar artıq yataqda çılpaqdılarsa, cinsi akt həm asanlıqla başlayır, həm də səhər oyanmaq asanlaşır. Digər bir səbəb cinsi aktı düşda davam edib, iki işi eyni vaxtda yerinə yetirmək olar.
Günü belə başlamaq ağır iş gününə yüksək əhvalla başlamaq üçün əla vasitədir. Səhərlər (Səhər 7-9 arası) kişi orqanizmində daha çox ereksiya gedir, testosteronun həddi maksimal həddə qalxır ki, bu da cinsi münasibəti daha mükəmməl edir. Səhərin cinsi aktı kişilərdə gümrahlıq və özünə inam hissi yaradır.
Seksoloqlar bildirirlər ki, səhər cinsi aktı çanaq, qol və döş qəfəsinin əzələlərini möhkəmlənməsinə, qan dövranının və qan təzyiqinin normallaşmasına, tənəffüs siseminin fəaliyyətinə müsbət təsir göstərir. Belə səhər “gimnasitkası” nəticəsində bədəndə xoşbəxtlik və məmnunluq hissini yaradan endorfin və digər hormonlar formalaşır ki, nəticədə partnyorlar böyük həzz alırlar.
Cütlüklər üzərində aparılan sorğu nəticəsində məlum olub ki, davamlı olaraq səhərlər cinsi münasibətdə olmaq, baş ağrılarının, diabetin, miqrenin profilaktikasına müsbət effekt verməklə yanaşı, mensturasiya qabağı ağrıları da aradan qaldırır. Eyni zamanda səhərlər cinsi akt yaşamaq, gün ərzində orqanizmdə stresə qarşı dayanıqlıq yaradır. İmmun sistemini möhkəmləndirir.
Səhərlər cinsi akt yaşayan insanlar daha sakit və təmkinli həyat keçirirlər. Fikirlərini asanlıqla toplaya bilirlər.

Müəllif: Sevinc Abdullayeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Xoşbəxtliyimizə görə kimyəvi proseslərə borcluyuq

Avokado çəyirdəyi ilə bu problemlərdən azad olun