in ,

Diş fırçalamaq uşaqlara nə zaman öyrədilməlidir? – Pediatrdan öyrənin

Körpələrdə ilk dişlər çıxandan etibarən onlar daim təmizlənməlidir.

Pomada.az xəbər verir ki, pediatr Altay Abdullaoğlunun sözlərinə görə, körpələrin dişləri ilk vaxtlar kiçik bir bez və ya tənzifi isladılıb dişləri təmizləmək olar:

“Xüsusilə də, axşam yatmazdan əvvəl dişlər mütləq təmizlənməli və hər dəfə yeməkdən sonra uşaqlara su verilməlidir. Təbii ki, bu zaman əlavə qidaya keçəndən sonrakı dövrü nəzərdə tuturuq”.

Abdullaoğlu uşaqlara diş fırçalamağın vacibliyini erkən vaxtlardan öyrətməli olduğunu vurğulayıb:
“Körpə böyüdükcə və diş sayı artıqca inkişafına uyğun olan yumşaq diş fırçası ilə əvvəl məcunsuz, daha sonra isə uşağın yaşına uyğun diş məcunlarından istifadə etməklə dişlər fırçalanmalıdır. Vaxtında diş təmizliyinə əhəmiyətin verilməməsi və düzgün olmayan qidalama vərdişləri erkən diş çürüklərinin başlıca səbəbidir”.

 

Müəllif: Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qara nöqtələrdən təbii üsulla xilas olun – Evdə hazılanan maskalar

2018-2019 payız-qış dəbi