in

Məşhur rektor vəzifəsindən azad edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Abel Məhərrəmov kimdir?

BDU-nun sabiq rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri olub.

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub.

1966–cı ilin may ayının 25-i Amasiya rayonun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurub. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında “İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən “Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və həmin ildən “Üzvi kimya” kafedrasının professorudur.

Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü
11 yanvar 1999 – 15 noyabr 2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşub.
2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.
2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olub. 2004-cü ildən isə vitse-prezidentidir.
2005-2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvüdür.

Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunmuşdur.

Üzvi kimya kafedrasının müdiri, “Zərif üzvi sintez” elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.

O, “Alkenilfenolların kimyası”, “Аминотиолы и их производные” monoqrafiyalarının və “Neft kimyası və neft-kimyəvi sintez”, “Dərman maddələrinin sintezi” dərsliklərinin müəllifidir.

Məhərrəmov Abel Məmmədəli oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar Elm xadimi” fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülmüşdür. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülüb.

2016-cı ilin oktyabrın 28-dən etibarən Rusiya Elmlər Akademiyasının üzvü seçilib.
Ailəlidir, iki övladı, dörd nəvəsi vardır.

15 Noyabr 2018-ci ildə Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Sabahdan Azərbaycanda məktəblər bağlanır

Nazirlikdən yoxlama – Məşhur klinika 1 milyon cərimə edildi