in , ,

Toyuq ətini dərisi ilə birlikdə yeyənlər…Bu xəstəliyə tutulmaq riskiniz yüksəkdir

Damarlarınız tıxandığı zaman qan dövranı normasında getməyə bilər. Bu vəziyyət ürək xəstəliklərinə tutulmaq riskini artırır. Bu səbəbdən damar sağlamlığını qorumaq və damar tıxanıqlığından mühafizə olunmağınız üçün yağ toplanmasına icazə verməməyiniz vacib şərtlərdən biridir.
Bəs gündəlik yediyimiz bəzi qidaların damar tıxanıqlığına səbəb olduğunu bilirsiniz?

Pomada.az damar tutulmasına yol açan qidaları təqdim edir: 

Ət – xolesterin miqdarı yüksəkdir. Bu səbəbdən həftədə 2 və ya daha çox istifadə edilən qırmızı ət damarlarınızın tıxanmasına səbəb ola bilər.

Toyuq dərisi – Damarların divarlarındakı yağ toplanmasına kömək edir. Məsələn, toyuq qanadı adətən dərisi soyulmadan qızardılır. Zərərsiz görünsə də dəridəki kalori miqdarı yüksəkdir.

Yumurta – Yumurtanın sarısı damarları tutan lipoproteinlərlə zəngindir. Ancaq sobada bişirilən yumurtanın yağ miqdarı qızarmış yumurta ilə müqayisədə aşağıdır.

Yağlar – Mətbəxdə istifadə edilən yağların çoxu doymuş yağ cəhətdən zəngindir. Bu növ yağlar fayda yerinə zərər verir.
Həmçinin yeyilən hazır qidalar, fast foodlar da damar tutulmasına yol aça bilər.

Müəllif: Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Güzgü ilə ehtiyatlı olun! Güzgü enerjisi haqqında MARAQLI FAKTLAR

“Narahatçılığınız olanda həkimə gedin, mollaya yox” – Məşhur psixiatr od püskürdü