in ,

“Narahatçılığınız olanda həkimə gedin, mollaya yox” – Məşhur psixiatr od püskürdü

Məşhur psixiatr Fuad Bəşirov son günlərdə baş verən ölüm hadisəsindən sonra  insanların problemləri, xəstəlikləri olan zaman həkimə deyil, molla yanına getməklərini kəskin şəkildə tənqid edib. O, bu barədə sosial şəbəkədə qeyd edib.
Pomada.az xəbər verir ki, həkim, belə insanların əksəriyyətinin faydadan çox zərər verdiyini vurğulayıb:

“Təsəvvür edin, maşınınızın təkəri xarab olur, siz təkəri “molla” ya aparırsınız. Xəbərlərdə haqqında yazılan “cin çıxartma” məsələsi, “çıldaqda qorxuluq götürmə”, “palçıqlı su içmə”, “dua kağızın qaynadıb içmək”, “evlənsin düzələcək”, “ərə getsin düzələcək”…( bu siyahıni siz də uzada bilərsiz) eyni məna daşıyır. Avtomobillə insanı müqayisə etmək absurd olsa da….Maşınınızın bir yeri xarab olanda maşın ustası yerinə aşbaza aparmadığınız kimi, bir yeriniz ağrıyanda, səhətinizdə, düşüncənizdə bir narahatçılıq olanda həkimə gedin, “mollaya”, “vergi verilənə”, “nar ağacına” yox”.

Psixiatr, həkim qane etməyəndə vətəndaşların həkim dəyişmək əvəzinə dərhal bu tip işlərlə məşğul olan yalançılara müraciət etməyin də düzgün olmadığını qeyd edib.
“Əgər getdiyiniz həkim, sizi qane etmirsə, bir maşın ustası sizi qane etməyəndə başqa ustaya da göstərdiyiniz kimi, başqa bir həkimdən də məsləhət alın. Maşınınızın yağın dəyişəndə orjinalın axtarırsınızsa, öz sağlamlığınız üçün bunu niyə əsirgəyəsiniz ki?
Heç bir şey sizdən daha qiymətli deyil.
Əgər yenə də getsəniz, heç olmasa fiziki, mənəvi zərəri olmayanlara….” deyə Bəşirov açıqlayıb.

Müəllif: Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Toyuq ətini dərisi ilə birlikdə yeyənlər…Bu xəstəliyə tutulmaq riskiniz yüksəkdir

İllər sonra Monika Belluççidən etiraf: “Həyatımda sevdiyim kişi var”