in , ,

Üz üçün asan hazırlanan bal maskaları. Ləkələrə yox!

1. Ballı darçın maskası
Bu maska dərini toksinlərdən təmizləyir, sızanaqları azaldır, qızartıları aradan qaldırır, ləkələri yox edir və dərini nəmləndirir. 1 çay qaşığı darçınla 1 çay qaşığı balı qarışdırıb məcun halına gətirin. Üzünüzə çəkib 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin. Üzünüzü quruladıqdan sonra tonik və nəmləndirici krem çəkin. Bu maskanın bəzi dərilərdə allergiyaya səbəb olma ehtimalını nəzərə alaraq əvvəlcə çənənizə və ya alnınıza az miqdarda çəkib allergiya testi edin.

2. Ballı qatıq maskası
Bu maska dərini nəmləndirməyi vəd edir. 1 çay qaşığı qatıqla 1 çay qaşığı balı qarışdırıb fırça ilə üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun.

3. Ballı limon maskası
Bu maska məsamələri təmizləyir və qırışları açır. 1 çay qaşığı balla eyni miqdarda limon şirəsini qarışdırın. Üzünüzə çəkin. Masaj edərək dərinin maskanı əmməsini təmin edin. Daha sonra üzünüzü soyuq su ilə yuyun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Sonluqları dəyişdirilən filmlərimiz

Qarşı cinsin sevgi və simpatiyasını necə anlayaq? Əlamətlər?