in ,

Evdə sevimli “Bounty” şokoladını özünüz hazırlayın! Hazırlamaq qaydası

“Bounty ” şirniyyat  sevərlər üçün tam bir cənnət həzzidir. Bir maraq üçündə olsa(təbii inqredientlərdən) bu ləzzəti evdə hazırlayıb dadmağa dəyər, buna iki səbəb var – çox dadlı və sadədir!

Ev şəraitində hazırlamaq üçün inqredientlər:

Yağ -50g
Qatılaşdırılmış süd – 1 banka
Hindistan cevizi(kokos qırıntıları) – 350q şokolad – 200q (şokoladı evdə də hazırlaya bilərsiniz)

Hazırlanması:

Vam odda qatılaşdırılırmış südü və yağı (qaynatmadan) qarışdırın.
Kokos qırıntılarını əlavə edin, yaxşıca qarışdırın.
Formaya salıb, üzərini yağlı kağızla örtüb, 2 saatlığa soyuducuya qoyun.

Sonra kiçik hissələrə ayırın, əlinizlə götürüb “Bounty” şokoladının formasını verin. Yeniden dondurucuya qoyun.

Şokoladları qırıqlayıb qaba yığın üzərinə azca bitki yağı əlavə edin.

Su vannasında əridin. Hazırladığınız kakos hissəciklərini bir-bir dondurucudan çixarıb, ərimiş şokolada batırıb, yağlı kagızın üzərinə yığın.

Eyni qayda ilə ağ şokoladla da hazırlaya bilərsiniz.

Müəllif: Saliha Mahmudova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qarşı cinsin sevgi və simpatiyasını necə anlayaq? Əlamətlər?

3 yaşlı uşaq böyrəyini itirdi – Uşağınızda düşməyən yüksək qızdırma varsa…