in ,

Bütün dünyanı öz zəkaları ilə heyrətləndirən ən ağıllı qadınlar

Pomada.az  gördükləri işlər, qazandıqları nailiyyətlərə görə vaxtilə bütün dünyanı heyrətləndirən məşhur qadınların bir neçəsini təqdim edir:

Salli Rayd

Salli Rayd 1951-ci ildə Kaliforniyada anadan olub, Stenford Universitetini bitirib. İxtisasca fizik olan Salli Rayd 1977-ci ildə NASA-nın proqramına qoşulub. O, 1983 və 1986-cı illərdə iki dəfə kosmik missiyada iştirak edərək kosmosda 350 saat olub.

Hadi Hamar

Kino aktirası olan Hadi Hamar ikinci dünya müharibəsi zaman “Gizli ünsiyyət sistemi”ni icad edib. Məşhur aktrisanın GSM,GPS, WI-FI kimi texnologiyalarının icadına imzası olduği bildirilir.

Tabitha Babbit

Məişət işlərini asanlaşdırmaq üçün Tabitha Babbit yumru mişar alətini icad edib. Onun icad etdiyi mişardan 1813-cü ildən etibarən ağacları kəsmək üçün istifadə edilməyə başlanıb.

Virciniya Apqar

Virciniya Apqar tərəfindən 1952-ci ildə apkar şkalası tərtib edilib. Apkar şkalası- yenidoğulmuş uşağın klinik vəziyyətini tez bir zamanda qiymətləndirmək üçün tətbiq olunan bir sistemdir.

Rita Levi-Montalcini

İtaliyalı alim-neyrobioloq olan Rita Levi Montalçini Nobel mükafatçısıdır. Alim öz yataq otağını labortoriyaya çevirib, toyuq embrionları üzərində təcrübələr aparmağa başlayırdı. O, uzun ömürlü olub və heç vaxt evlənməyib. Vaşinqton uiversitetində elmi fəaliyyətdə məşğul olaraq boy faktoru sahəsində yeniliyə imza atır. Onun elmi kəşfləri sayəsində dünya səhiyyəsi xərçəng və Alzeymer kimi xəstəlikləri daha dərindən qavramağa nail olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Yaşamaq və işləmək üçün ən yaxşı ölkələr hansılardır? – ARAŞDIRMA

4 illik təcrübənin nəticəsi: “Xoşbəxtlik pulda deyil”