in , ,

3 yaşlı uşaq böyrəyini itirdi – Uşağınızda düşməyən yüksək qızdırma varsa…

3 yaşlı uşaq böyrəyini itirdi.

Pomada.az xəbər verir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib. Hüseynovun sözlərinə görə, uşaq əməliyyatdan öncə enməyən yüksək qızdımadan əziyyət çəkib:

“Yüksək temperaturun səbəbi böyrəyin funksiyasının 8%-ə qədər düşməsidir. Normada isə bu göstərici 50% olmalıdır”.

Hüseynov bu vəziyyətin vezikoüreteral reflüks olduğunu qeyd edib:

“Apardığımız müayinələr zamanı məlum oldu ki, sidik hər iki tərəfdə sidik kisəsindən böyrəklərə geri qaçır.

Davamlı infeksiyalaşmış sidik böyrəklərə qaçdığı üçün böyrəyin funksiyasının itirilməsinə səbəb olub. Cərrahi əməliyyat icra edərək, sidiyin böyrəklərə geri qaçmasının qarşısını aldıq (İki tərəfli Üreteroneosistomiya.Sağ üteteral tapering)”.

Mütəxəssis hazırda hər şeyin yolunda olduğunu vurğulayıb.

Müəllif Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Evdə sevimli “Bounty” şokoladını özünüz hazırlayın! Hazırlamaq qaydası

Qarderobunuzdan pis qoxu gəlirsə…Xilas olmağın üsulları