in , , ,

Qarşı cinsin sevgi və simpatiyasını necə anlayaq? Əlamətlər?

Bəzən iki insan arasında sevgi və simpatiya olduğunu ya görmürük ya da anlamırıq. Əks cinsin maraq yönlərini anlamaqla, biz seçimimizdə  özümüz özümüzə kömək etmiş olacayıq. Əsas olan əlamətlərə diqqət etməkdir. Bu əlamətlər müxtəlif ola bilər.  Ən əsası qeyri-verbal  xarakter daşıya bilər. Əlamətlərə diqqət edək.

1ci əlamət – Sözlər:
Sizin müsbət təəsürat yaratdığınız insan ola bilər ki, söhbət əsnasında “elə bil sizi əvvəl də hardasa görmüşəm və ya hardasa qarşılaşmışıq” desin. Əgər qarşılaşan zaman və ya söhbət əsnasında əks cins belə bir ifadə işlədirsə, bunu birbaşa mənada anlayıb, dərin düşüncələrə dalmaq lazım deyil.  Bu ifadələr əslində sizin onun xoşuna gəldiyiniz anlamını daşıyır.

2ci əlamət – Baxışlar:
Əks cinsin sizə qarşı maraqlı olub- olmadığını anlamaq üçün, sizdən bir qədər diqqətli olmaq tələb olunur. Onun sizə olan simpatiyuasını gözlərinin ifadəsindən oxumaq da olar. Əgər sizin iştirak etdiyiniz məclisdə diqqətini gizlətməyə çalışaraq, sizi izləyirsə, deməli, o artıq qarmağa ilişib.

Digər bir variant onun gözlərinin içinə baxın. Əgər söhbət əsnasında onun göz bəbəkləri genişlənirsə, deməli cavan oğlanın sizə qarşı təkcə marağı yoxdur, həm də müəyyən hisslər keçirir.

Müxtəlif mövzulardan söhbətlər açın və onun əslində nə düşündüyünü dinləyin.

3cü əlamət – Jestlər:
Əks cinsin sizi bəyənib bəyənmədiyini müəyyən jestlər vasitəsilə də anlamaq olar. Jestlərin dili heç vaxt yanıltmır. Diqqətlə simpatiyanız olan insanı müşahidə edin. Onun baxışları hansı tərəfədir? O necə dayanıb? Ayaq istiqamətləri necədir? Əlləri hərəkətlidir yoxsa, sakit dayanıb?

Bu əlamətlərə görə siz əks cinsin sizə olan münasibətlərini görə, anlaya bilərsiniz.

Sizə simpatiyası olan insan qeyri –ixtiyari olaraq, sizin jestlərinizi təkrarlayacaq. Siz əllərinizi qaldırsanız, o da qaldıracq. Siz gülümsəsəniz, o da gülümsəyəcək. Həm də ona görə yox ki, söhbət gülməlidi. Ona görə ki, bununla qeyri-ixtiyari sizi dəstəklədiyini ifadə edəcək və bununla da sizə olan simpatiyasını göstərəcək.

4 cü üsu l- Toxunuş:
Öz simpatiyasını göstərməyə çalışan gənc bütün mümkün imkanlarından istifadə edib, sizə toxunmağa çalışacaq. Siz də öz növbənizdə cəhd edin. Qyri –ixtiyari ona toxunun və onun reaksiyasına baxın. Buna əsasən siz onun sizə olan simpatiasını müəyyən edə bilərsiniz. Bu simpatiya bəslədiyiniz insana yaxınlaşmağın imknalarından biridir. Təbii ki, əgər siz də ona qarşı etinasız deyilsinizsə.

5 ci üsul – Təhrik edin və müşahidə edin:
Əks cinsin sizi bəyənib- bəyənmədiyini öyrənmək üçün, onu nəyəsə təhrik etməyə çalışın və həm də işarə edin ki,  tutaq ki, həm də onunla bir fincan kofe və ya çay içməyə etiraz etməzsiniz. Sonra onun reaksiyasını müşahidə edin. Əgər həmin insan o dəqiqə sizin təklifinizi qəbul edəcəksə, deməli, o, sizə qarşı laqeyd deyil.

Ancaq, yadda saxlayın ki, sizin istifadə edəcəyiniz təhriketmə forması yumşaq və mədəni olsun və ya spontan və bir qədər üstüörtülü, dolaşıq olsun. Özünüzü asan əldə ediləcək biri kimi göstərməyin.

Beləliklə bu üsullar gələcək münasibətlərdə təməl ola bilər.

Müəllif: Sevinc Abdullayeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Üz üçün asan hazırlanan bal maskaları. Ləkələrə yox!

Evdə sevimli “Bounty” şokoladını özünüz hazırlayın! Hazırlamaq qaydası