in , ,

Toy makyajınızı etdirərkən bu səhvlərə yol verməyin!

Ən xoş gününüzdə hər şeyin mükəmməl olmasını istəyirsiniz. Əsas məqamlardan biri gəlinliyi tamamlayan makyajdır. Bəzən gəlinlər gözəl görünmək istəyərkən, görüntülərini məhv edə bilirlər. Toy makyajında diqqət ediləcək nüanslar vardır.

Bəs hansı məqamlara diqqət etməlisiniz?

Göz makyajı bütün duruşunuza, baxışınıza, davranışınıza təsir edir. Tünd rənglərdən qaçmalısınız. Gəlinliyi açıq göz tenləri tamamlayır. Çünki tünd rənglə bəzədilmiş göz makyajı gəlinliyinizin məsumluğuna zidd bir görüntüdür. Həmçinin bu zaman gözlər daha yorğun görüntü formasını alır.

Ağır üz makiyajı – Toy günündə üzdəki qüsurları örtmək üçün üz makiyajından istifadə edilir.  Ancaq bu zaman makiyajın normadan çox olması sizi çirkinləşdirə bilər. Bu xətaya düşməməyə diqqət göstərin.

Ağ gəlinliyin içərisində saf və təmiz görünməlisiniz. Ağır qrim isə bu görüntüyə əks təsir göstərərək istədiyiniz nəticəni vermir.

Tünd rəngli dodaq boyası – əksər xanımlar məhz bu yanlışa yol verir. Əsl toy makyajında dodaq boyası dodağın rənginə uyğun tonlarda seçilməli və tünd olmamalıdır. Qırmızı, qara kimi rənglər sərt görüntü yaradır.

Taxılan süni kirpiklər toy bəzəyinin əsasını təşkil edir desək yanılmarıq. Ancaq burda da təbiiliyə üstünlük verilməlidir. Belə ki, həcmli gözlərə sahib olmaq üçün normadan uzun kirpiklər lazım deyil. Uzunluğunun çox olması sizə çirkin görüntü bəxş edəcək. Əgər kirpiklər çox uzundursa, onu kəsməyiniz tövsiyə edilir.

 

Müəllif: Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Nanə möcüzəsi. Hər növ ağrının dərmanı.

Qrip olmamaq üçün əməl edin! – Vacib qaydalar.