in , , ,

“Sanki mən bu anı daha əvvəl yaşamışdım!” hissi – DEJAVU nədir?!

Çoxumuz bəzən gördüyümüz bir insanı daha əvvəldən tanıdığımızı və ya getdiyimiz bir yerdə əvvəldən olduğumuzu zənn edər və bunu haradan çıxardığımızı uzun-uzun düşünərik. Ümumiyyətlə də sualımızın cavabını belə bilməz, sonda “bir yerdən tanıyıram amma nəysə” deyər keçərik. Bax, bu bizim üstündə durmadığımız sual, alimlərin illərdir haqqında araşdırmalar etdiyi “dejavu” anlayışının özüdür.

“Déjà vu” sözcüyü Fransızca “daha əvvəldən görülmüş” mənasını verən və vəziyyəti tam olaraq ifadə etməsi səbəbiylə bütün dünyada bu şəkildə istifadə edilən bir termindir. Bir az daha əhatəli desək,  dejavu, yaşanan bir hadisəni yenidən yaşamaq və ya görülən bir yeri ya da adamı əvvəldən görmüş olma hissidir.

Əslinə baxsaq, dejavu ümumi başlığı altında 3 fərqli tip yenidən görmə halı söz mövzusu ola bilir. Bunlardan ən tez-tez rast gəlinən “déjà vecu” yəni “daha əvvəl yaşanmış” olanıdır. Məsələn, bir söhbət əsnasında qarşınızdakının verdiyi cavab üzündəki ifadə sizə çox tanış gələ bilər və sizi “Mən bu anı daha əvvəl yaşamışdım sanki!” ifadəsini deməyinizə məcbur edər.

İkinci tip, duyğu orqanlarımızdan ayrıca, tamamilə mental bir vəziyyət olan “déjà senti”dir.  Mənası “daha əvvəl hissedilmiş” deməkdir.  Bunda da bir hadisə qarşısında daha əvvəl yaşadığınız başqa bir hadisə ilə uyğunluq  içinizdə oyanan hiss sizə çox tanış gələ bilir.

Son tip isə olduqca nadir görülən və hadisənin parapsixoloji tərəfini qüvvətləndirən “déjà visit” yəni “daha əvvəl gedilmiş”. Burada da adam, məsələn, daha əvvəl heç getmədiyi bir ticarət mərkəzində tualetin harada olduğunu “əliylə qoymuş” kimi bilə bilir. Bu son tip hələ də üzərində ən az çalışılmış və haqqında ən az məlumata sahib olduğumuz dejavu şəklidir.

6-cı hiss, yoxsa yaddaş xətası?

Yaxşı, niyə bu hiss bəzilərimizin başına narahat edici dərəcədə tez gələrkən bəzilərimiz bu hadisəni heç yaşamır? Bu bir 6-cı hiss ya da fövqəltəbii güc nümunəsidirmi, yoxsa tamamilə beyin funksiyalarıyla əlaqədar, elmi olaraq açıqlanacaq bir vəziyyət?

Bir çox adam bunun Hinduizm, Buddizm kimi inanclarda var olan samsara (yenidən doğma) anlayışıyla əlaqədar olduğunu düşünür.

Ziqmund Freydin tələbəsi Psixoloq Karl Yung dejavunu keçmiş həyat, və genetik yaddaşla əlaqələndirib. Real olmasına inanılan başqa fərziyyələrdən biri dejavu halının paralel dünyalarla əlaqəli olmasıdır. Bəzi araşdırmaçılar ruhun öncədən həyatımızla bağlı hər şeyi bildiyini və dejavu effektinin yalnız ruhun yaddaşı olduğunu hesab edirlər.

Çox maraqlı təkliflərdən biri isə zamanın keçmişdə, indiki zamanda və gələcəkdə eyni anda getməsi ilə bağlı olan fərziyyədir. İnsanın qavrama bacarıqları bütün bunları eyni anda dərk edə bilmir. Məhz dejavu zamanı insan kiçik zaman çərçivəsində bu dərketməni yaşayır. Bunu başqa sözlə aydınlanma da adlandırırlar.
Zimund Freyd isə dejavunun unudulmuş yuxular olduğu fərziyyəsini irəli sürüb. Lakin bu fərziyyə tam olaraq isbatını tapmayıb.

Filosofların bu mövzu ilə bağlı öz fikirləri var və bunu böyük işlərə təkan verə biləcək yaradıcılıq nişanəsi olaraq görürlər.

Lakin elm adamlarına görə vəziyyət heç də elə deyil.

Dejavunun meydana gəlmə mexanizmi ilə əlaqədar indiyə qədər irəli sürülmüş bir neçə fərqli nəzəriyyə var:

Bunlardan birincisi beynin sağ və sol yarımkürələrindəki məlumat ötürmə zamanı yaranan gecikmənin, eyni şeyi iki dəfə qəbul etməyə yol açmasıdır. Bir digər nəzəriyyəyə görə isə dejavu, bir şeyi gördüyümüz anda sağ ya da sol gözdən gələn xəbərdarlıqda, saniyənin mində biri qədər də olsa bir gecikmə baş verir, beyin iki ayrı siqnal alır və bu da eyni şeyi iki dəfə görmüş hissi yaradır. Lakin bu iddia 2006-ci ildə edilmiş bir araşdırmada kor bir adamın toxunma, qoxu və eşitmə duyğularıyla əlaqədar dejavu yaşadığının isbatlanması ilə  etibarlılığını itirməyə başladı, çünki bu hadisə üçün görmənin şərt olmadığı göstərilmiş oldu.

2007-ci ildə edilmiş bir araşdırmada isə vəziyyətin tamamilə beynin tanıma və yaddaş hissəsinin işiylə əlaqəli olduğu ifadə edilir. Bu son nəzəriyyə bu an ən çox qəbul edilən məlumatları ehtiva edir.

“Pattern separation” deyilən və müəyyən bir gen sayəsində çalışan bu sistemin içində bəzən çox bənzəyən lakin eyni olmayan parçalar üst-üstə gələ bilir və bu toqquşma bir növ bulanıqlığa səbəb olur. Bu bulanıqlıq dejavuya yol açır. Bu səbəbdən hipokampusumuz “sən bunu daha əvvəl gördün” deyərkən neokorteksimiz “xeyr, görmədin” deyir. Və bu qarşıdurma Dejavunun bir çox adam tərəfindən qəribə və narahat edici bir hiss olaraq qəbul edilməsinə səbəb olur.

Dejavunun əksi isə Jamevu adlanır. Bu tanış yerləri və ya insanları ilk dəfə görürmüş hissinin yaranmasıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Bu səhvlərə görə minlərlə ailə boşanır! – Evliliyinizi xilas edən tövsiyələr.

Günün qoroskopu – 12.11.2018