in , ,

İş həyatında uğur qazanmaq üçün uşaqlara nələr öyrədilməlidir?

Səhvlərdən nəticə çıxarmaqla nümunə olun

Related image

Uşaqlara yaxşı nümunə olmaq çox vacibdir. Uşaqlar adətən eşitdiklərini deyil, gördüklərini təqlid edərək böyüyürlər. Valideynlərin uşaqlara hər zaman nümunə olması təbii ki, mümkün deyil. Ancaq səhvə yol verdiyiniz zaman bu səhvlərdən nəticə çıxardığınızı, daima öyrənmək üçün həvəsli olduğunuzu və bu təcrübənizi gələcəkdə praktikaya tətbiq etdiyinizi görən uşaqlar lider olmaq yolunda mühüm addım atmış olacaqlar.

Erkən yaşlardan onlarda məsuliyyət hissini formalaşdırın

Uşaqların mümkün qədər çox məsuliyyət götürmələri və onlara özlərinə uyğun olan tapşırıqların verilməsi, bu tapşırıqların öhdəsindən uğurla gəlib gəlməməsindən asılı olmayaraq, uşaqların inkişafına müsbət təsir göstərir. Plastik boşqabları masadan götürməsi və ya öz çamadanını hazırlaması uşağın məsuliyyət alma və problem həll etmə bacarıqlarını inkişaf etdirəcəkdir. Bununla yanaşı, hadisələr istədiyi kimi cərəyan etmədiyi zaman öz işini özü həll etməyi öyrənən uşağın özünə inamı da yaşıdlarına nəzərən daha yaxşı formalaşacaqdır.

Ailə oyunları oynayın, komanda işini öyrədin

Image result for family games for children

Əsas liderlik bacarıqlarından biri də müxtəlif insanlarla işləyə bilməkdir. Bu bacarığı formalaşdırmağın ən yaxşı üsulu ailəvi oyunlar oynayaraq uşağın da bu oyunlarda rol almasını təşkil etməkdir. İdmanla məşğul olmaq, musiqi qrupları, teatr və ya uşağın maraq göstərdiyi hər hansı bir komanda daxili fəaliyyət bu baxımdan faydalı olacaqdır. Mümkün qədər çox insanla ünsiyyət yaratmaq uşaqların həyatları boyu qarşılaşacaqları situasiyalara hazır olmalarına şərait yaradacaqdır.

Emosional zəka liderliyin ən mühüm göstəricilərindən biridir. Belə ki, uşaqlara duyğularını başa düşməyi, ifadə etməyi və onlara nəzarət etməyi öyrətmək olduqca vacibdir. Bu, onların liderlik bacarıqlarını da artıracaqdır. Uşağınız uğursuz bir gün keçiribsə, ondan özünü necə hiss etdiyindən bəhs etməsini istəmək və dinləyici olaraq onun hiss və duyğularını başa düşüb problemin həll edilməsi üçün yol göstərmək onun özünü dəyərli hiss etməsinə gətirib çıxaracaqdır.

Problemlərin öhdəsindən gəlməyi öyrədin

Hər şey qaydasında gedərkən pozitiv olmaq çətin deyil, ancaq uğurlu insanlar ən çətin vaxtlarda belə yoluna davam edən insanlardır. Uşaqların etdikləri səhvlərə görə narahat olmaq əvəzinə onları göstərdikləri səylərə görə təqdir etmək və səhvlərindən nəticə çıxara biləcəklərini göstərmək, uşağın bütün bunların uğura gedən yolda bir pillə olduğunu başa düşməsinə kömək edəcəkdir. Uşaqlara Tomas Edison, Albert Eynşteyn kimi dəfələrlə cəhd göstərdikdən sonra uğur qazanmış insanların hekayələrini nəql etmək də effektiv olacaqdır.

Oxuma sevgisi aşılayın

Image result for how to teach children to love books

Aparılan araşdırmalara görə, kiçik yaşdan kitab oxumağa başlayan və bunu vərdişə çevirən uşaqların söz bazası zənginləşir, hədəflərinə daha yaxşı yönələ bilirlər. Uşaqlarda kitab oxuma vərdişinin formalaşdırılması üçün müəyyən bir yaş həddi yoxdur, hətta Amerika Pediatriya Akademiyası körpə doğulduğu andan etibarən ona kitab oxunmasını tövsiyə edir.

 

 

Banco.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Qeyri-adi BÜRC TƏQVİMİ: sən demə, insan xarakterini ən dəqiq göstərən…

Nanə möcüzəsi. Hər növ ağrının dərmanı.