in , ,

Dayə seçərkən bunlara diqqət edin – Uşaqda travma yarana bilər!

Əksər qadınlar uşaqları körpə olsa da, işləmək məcburiyyətində qalırlar. Bu səbəbdən də övladlarını dayəyə etibar edirlər.

Bəs dayə seçərkən nəyə diqqət etməlisiniz?

İlk olaraq sizə müsbət enerji ötürməlidir. Unutmayın ki, hissiniz sizi yanıltmaz.

Dayə yaxşı təhsil almış, şüurlu və sağlamfikirli olmalıdır.

Səbrli, sakit, mehriban, işinə bağlı olmasına diqqət edin.

Təcrübəli olması müəyyən məqamlarda vacibdir.

Keçirdiyi və ya xroniki xəstəliyinin olub-olmaması ilə maraqlanın. Ən yaxşısı sağlamlıq kağızı tələb edin.

Təmizliyinə diqqət edin. Çünki təmiz qadın uşağa daha yaxşı baxa bilər.

Əgər çoxlu bijuteriya və ətir istifadə edirsə, bu, sizin üçün uyğun olmaya bilər. Çünki yeni doğulan uşağa bu zərər verə bilər.

Psixoloqlara görə, tez-tez dayə dəyişmək uşaqlarda travmalara yol aça bilər. Çünki birinə bağlanır, öyrəşir, sonra anidən getməsi uşağın psixologiyasında mənfi iz buraxa bilər. Əgər mütləq şəkildə dəyişdirməlisinizsə, bu barədə uşağınıza öncədən xəbər verməyiniz tövsiyə edilir. Həmçinin uşağın yanlışlığa yol vermədiyini, bu ayrılığın səbəbinin onun olmadığını izah etməlisiniz.

Müəllif: Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

“Gələcəkdən xəbərçilər” testi ilə özünüzü yoxlayın – MARAQLI !

Victoria’s Secret sevimli modeli Adriana Lima ilə vidalaşdı. Adriananın kəşfi, yüksəlişi və uğurları haqqında…