in ,

Antibiotiklərin əks təsirləri. Diqqətli olun!

Mütəxəssislər xəstəlik zamanı insanların antibiotiklərdən istifadəsinin əleyhinədirlər. Çünki antibiotiklərin sağlamlığa bir sıra əks təsirləri mövcuddur.

Pomada.az antibiotiklərin əks təsirlərini təqdim edir:

Bunlardan biri bulantı və ishaldır.

Antibiotiklərin yaratdığı fəsadlardan biri göbələk xəstəliyidir. Bu infeksiya ayaq altlarında, damaqlarda, vücudda ortaya çıxa bilər. Əgər müalicə alırsınızsa, göbələyin əleyhinə olan dərmanları antibiotik ilə birlikdə istifadə edə bilərsiniz.

Antibiotiklər 8 yaşından kiçik uşaqlarda dişlərin rənginin dəyişməsinə yol aça bilər. Hamiləsinizsə, bu növ dərmanlardan istifadə etmək gələcəkdə uşaqların dişlərinə mənfi təsir göstərə bilər.

Qızdırmanın bir çox səbəbləri ola bilər. Ancaq əgər antibiotik istifadəsindən sonra qızdırma yüksəlirsə, bu vücudun verdiyi allergik reaksiya səbəbindən ola bilər.

Ən təhlükəli əks təsirlər sırasında dəri problemləri yer alır. Belə ki, bu növ dərmanlardan sonra göz qapağının şişməsi, dəridə qaşıntı, dodaqlar, dil və boğazda allergik qaşıntılar yarana bilir.

Belə bir halla qarşılaşdığınız zaman həkiminizlə məsləhətləşin.

Antibiotiklər ürək problemlərinə yol aça bilər. Bu hal tez-tez müşahidə edilməsə də risk yüksəkdir. Adətən ürək döyüntülərinin zəifləməsinə və aşağı qan təzyiqinə səbəb olur.

 

Müəllif: Şahanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Hollivud ulduzlarının gündəlik noyabr geyimləri

Bred Pitlə Anjelina Colinin boşanma səbəbləri, valideynlik münaqişəsi – Uşaqlar kimdə qalacaq?