in , ,

Səhər tezdən oyanmağın ‘’Qızıl Qaydaları’’. Yuxu fazalarının vacibliyi.

Səhər saatlarında artıq zəngli saat kömək etmir? Və yatağın isti qucağından ayrıla bilmirsiniz? Onda biz sizə erkən durmağın və oyandıqdan sonra bütün dünyaya nifrət etməməyin qaydalarını  öyrədəcəyik.

İlk öncə onu qeyd etməliyik ki, yetkin insan üçün normal yuxu müddəti 6-8 saatdır. Və bu müddət bir neçə fazalara bölünür. İnsan yatarkən yuxunun ağırlıq dərəcəsi yatma müddətindən asılı olaraq dəyişir. Dərin yuxuya getmiş insanın orqanizmi tamamilə yuxuya təslim olur və dincəlir. Orqanizmin fəaliyyəti bütün sahələrdə dayanır və hissiyat orqanları bütünlüklə qapanmış vəziyyət alır. Səthi və yaxud yüngül yuxu ərəfəsində isə orqanizmin bütün orqanları dincəlsə də, sinir sistemi aktiv olur. Sinir sisteminin aktivliyi nəticəsində insan yuxu görür. Buna görə də, dərin yuxuya getmiş insan, yüngül yuxuda olan insandan daha gec ayılır. Yetkin insanlarda dərin və yüngül yuxu fazaları təxminən 90 dəqiqə çəkir.
Hər 90 dəqiqədən bir yuxu yüngül fazaya keçir, yuxuya getdikdən hər 90 dəqiqə sonra rahat oyana biləcəyiniz vaxt sayılır və bu zəngli saatınızı doğru vaxtda qurmağınıza vacib informasiyadır.

Səhər gec oyanmaq stressindən uzaq olmaq, “Vaxtında oyansaydım nə qədər işi çatdırardım’ cümləsini işlətməmək və xoş əhval-ruhiyyə ilə oyanıb sevdiyiniz işlə məşğul olmaq üçün bolca vaxtınızın qalması üçün aşağıdaki “Qızıl qaydalara” riaəyət edin.

– “Yaxşı, 5 dəqiqə daha!”nin nəticələrini yadda saxlayın. Şəxsən, mənim 5 dəqiqəm hətta 2 saata da çevrilə bilər. Yatağında əlavə olaraq keçiridiyiniz hər dəqiqə yenidən yuxuya getməyinizə səbəb olur.

– Bir stəkan  su. Yatmadan öncə yanınıza bir stəkan su qoymağınız və oyandığınızda, bir stəkan su içməyiniz faydalı olardı. Su, orqanizminizin yuxudan oyanmasına, gecə boyunca yığılmış maddələrin çıxarılmasına və gün boyu özünüzü gümrah hiss etməyinizə kömək edəcəkdir.

– Möhkəm və kifayət qədər yatın. Keyfiyyətli yuxu ala bilməsəz, onda nə vaxt durmağınızın  əhəmiyyəti olmayacaq. Gün ərzində özünüzü yorğun və halsız hiss edəcəksiniz. Sağlam və tam yuxu – qüvvətli günün təməlidir.

– Yatmazdan ən az 3 saat öncə qida qəbul etməyin.
Mədə və bağırsaqları yeməklə həddindən artıq yükləməyin. Daha yaxşı və daha rahat yatacaqsınız. Ən azı bir həftə (ideal, bir ay) fərqli yaşamaq naminə çalışın və yalnız yuxunuza deyil, ümumi sağlamlığınıza və görünüşünüzə müsbət təsir edəcək fərqləri hiss edəcəksiniz.

– Xoşbəxt düşüncələrlə yuxuya getməyə çalışın.
Və ağlınızda yeni layihənin çatdırılması üçün hazırlıq keçirməyə çalışmayın.

– Həmişə eyni vaxtda yatmağa çalışın.
Hətta həftə sonlarında belə.

– Zəngli saatınızı yatağınızdan uzağa qoyun və səhər oyanmaq üçün sizə uyğun melodiyanı tapmağa çalışın. Melodiya çox yumşaq olmamalı, əks halda siz oyana bilməzsiniz. Ancaq çox kəskin və yüksək səs seçmək də yaxşı deyil. Siqnalın uzaq bir yerdə yerləşdirilməsi ona görə məsləhətlidir ki, söndürmək üçün ayağa duracaqsınız və birdə yatağa qayıtmaq istəməyəcəksiniz.

9.Özünüzə hədəf qoyun. Hər səhər oyanıb hədəfinizə daha çox yaxınlaşacağınızı düşünün, unutmayınki hər səhər tezdən yorğanı qaldırıb oyana bilməniz üçün səbəbinizin olması vacibdir.

Müəllif: Saliha Mahmudova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Səhər ac qarnına zeytun yağı içsək… Bilinməyən faydaları

Keyt Middltonun Şahzadə ilə evlənmədən öncəki həyatı. MARAQLI FAKTLAR