in , ,

Səhər ac qarnına zeytun yağı içsək… Bilinməyən faydaları

Zeytun yağının insan sağlamlığına mühüm təsirləri mövcuddur.

“Nyu England journal of Medicine” adlı tibbi jurnalda dərc edilən məqaləyə görə, gündəlik zeytun yağından istifadə, çiy qoz, qovrulmuş fındıq və badam yeməklə ürək-damar xəstəliklərindən qorunmaq mümkündür.

Daha bir aparılan araşdırmalara görə, zeytun yağı alzeimer xəstəliyinə yol açan protein toplusunun qarşısını alaraq onları azaldır.

Pomada.az xəbər verir ki, türkiyəli professor, kardioloq Timur Timurkaynak uzunömürlülüyün sirrini açıqlayıb.

Səhərlər ac qarına 1 qaşıq zeytun yağı içmək
Zeytun yağı yoğun bağırsaqdakı hüceyrələri qoruyaraq xərçəngin qarşısını alır. Həmçinin qəbizliyi aradan götürür.

Saça və dəriyə qulluq
Zeytun yağı dırnaqları və saçları yumşaldır, qulluq edir, nəmləndirir və sürətli uzanmasını təmin edir. Saç və ya dəri maskası olaraq istifadə edə bilərsiniz, ancaq zeytun yağının ağız yolu ilə istehlakı daha təsirli nəticə verir.

Qaraciyəri təmizləyir
Qaraciyərin bütün daxili sistemimizi təmizləmək kimi həyati bir vəzifəsi var. Ancaq bəzən qaraciyər də təmizlənməyə ehtiyac duyur. Qaraciyər detoksunu zeytun yağı ilə edə bilərsiniz. 2 yemək qaşığı zeytun yağını 1/3 limon suyu ilə qarışdırıb içərək qaraciyərinizi təmizləyin.

Arıqladır
Zeytun yağının tərkibində bol miqdarda yağ turşusu var. Yağ turşuları toxluq hissi verən faydalı yağlardır. Arıqlamaq istəyirsinizsə, mətbəxinizdəki yağları zeytun yağı ilə dəyişdirərək başlaya bilərsiniz.

İmmunitet sistemini gücləndirir
Zeytun yağının tərkibindəki yağ turşuları immunitet sistemini tənzimləyir və dəstəkləyir. Hətta otoimmun xəstəliklərin müalicəsində belə təsirlidir.

Ürəyi qoruyur
Bədənimizdəki xoş xassəli xolesterolu yüksəltməyin ən təsirli yolu taxıl, tərəvəz, zeytun yağından ibarət pəhriz menyusudur.

Qan şəkəri səviyyəsini tənzimləyir
Zeytun yağı xolesterolu və qandakı qlükoza səviyyəsini xeyli azaldır. Həm diabet xəstələri, həm də ürək və damar sağlamlığı üçün çox faydalıdır.

Müəllif: Şəhanə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Silikon süd vəzisindən uşaq əmizdirmək olar mı- Həkim fikri

Səhər tezdən oyanmağın ‘’Qızıl Qaydaları’’. Yuxu fazalarının vacibliyi.