in , , ,

Orqanizmdə keratin çatışmazlığı zamanı nə baş verir? Bərpa maskaları, resept və göstərişlər

Orqanizmdə keratin çatışmazlığı zamanı nə baş verir? Bərpa maskaları, resept və göstərişlər

Keratin saç üçün əsas tikinti materialı kimi xidmət edən təbii bir proteindir. Saç şaftını qoruyur, parlaqlıq və elastiklik ilə təmin edir, qırılma və həddindən artıq quruluğun qarşısını alır.

Keratin çatışmamazlığı  çılpaq gözlə də  görülə bilər. Saç lifləri zərif, qırıq-qırıq olur, ucları haçalanır, saç rəngi dəyişir. Saç  quru samanı xatırladır. Təbii keratin süni ilə əvəz edilən zaman  bir sıra prosedurlara kömək edə bilər. Saçlar üçün sarğı və keratin maskalarından istifadə edərkən qoruyucu qatı bərpa edilir, saç telləri parlaqlıq və elastiklik qazanır.

Saç öz gücünü və parlaqlığını aşağıdakı amillərə görə itirir:

tez-tez saçın boyanması;

maksimum rejimdə  saç qurutma qurğusundan daimi istifadə;

isti su ilə yuyunma;

Dərin təmizlik üçün nəzərdə tutulmuş şampunlardan daimi istifadə.

Zədələnmiş qıvrımlar üçün ev şəraitində hazırlanmış maskalar

Ev  şəraitində  mövcud maddələrdən saçların bərpası üçün nəzərdə tutulan maskalardan istifadə edə bilərsiniz. Normal miqdarda təbii zülalın bərpası üçün toyuq və bildirçin yumurtası, qida jelatin, təbii bitki yağları, aloe suyu kömək edəcəkdir.

– Jelatin ilə çox faydalı prosedurlar qırıq və haçalanmış saç tellərini bərpa edir bunun üçün; 1 ç/q jelatinli qranullar 1 st isti suya tökülür. Məhlulu tam həll olunana qədər qarışdırın və 1 ç/q təbii alma sirkəsini əlavə edin. Rozmarin, adaçayı və yasəmənin əsas yağları qarışığa əlavə oluna bilər(hər növdən 2 damla). Məhlulu təmiz, az nəmli saçlara sürtülür, 20-25 dəqiqə saxlanılır. Və isti su ilə yuyulur.

 

– Daha bir sadə və effektli bir resept yumurta maskasıdır. Yumurta içərisində olan təbii zülal itirilmiş karoteni bərpa etməyə kömək edir, saç qıvrımlarını möhkəm və canlı edir. Yumurta sarısına 1 ç/q  xırda dəniz duzu əlavə edilir və ½ y/q  soda. Alınmış maska yaş saçlara sürtülür. 15 dəqiqədən sonra  sərin su ilə yuyulmalıdır. Prosedurdan sonra saçları bitki mənşəli məhlulla yaxalamaq məsləhət görülür.

 

– Ən populyar bərpaedici maskalardan biri də  təzə sıxılmış aloe suyu əsasında hazırlanır. 2-3 ədəd aloe yarpaqları ət çəkəndən keçirilir, alınan qarışıq bint ilə sıxılır. Nəticədə soku yarım limonun suyu və bir neçə damcı rozmarin efir yağı ilə qarışdırılır. Alınan maska saçın bütün uzunluğuna tətbiq olunur, 15-20 dəqiqə saxlanılır və isti su ilə yuyulur.

 

– Yağlı baş dərisi üçün yumurta ağı əsasında faydalı maska. Yumurtanın ağı ayrılır, 1 yemək qaşığı  yulaf əzməsi ilə qarışdırılır və bir neçə damla limon yağı əlavə edilir. Alınan qarışıq saçlara sürtülür.  20 dəq saxladıqdan sonra, sərin su ilə yuyulur.

 

İstədiyiniz effektə nail olmaq üçün keratin saç maskası həftədə 2 dəfə aparılmalıdır.

Kurs 2 ay davam edir, ondan sonra bir ay fasilə verilə bilər və sessiyalara davam edə bilərsiniz.

Saçlar qurutma feni ilə qurulanmamalıdır.

Saçdakı qoruyucu təbəqəni qorumağa yumşaq və ehtiyatlı darama, yumşaq və çox qaynar olmayan su ilə yuyunma və saçları açıq havada qurutma kömək edəcəkdir.

 

Müəllif: Saliha Mahmudova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

20 ən yaxşı motivasiyaedici film

Silikon süd vəzisindən uşaq əmizdirmək olar mı- Həkim fikri