in ,

Kişilərin ağlını başından alan məşhur xanımın sözləri

Aktrisa və kübar cəmiyyətin məhşur simalarından sayılan Ja Ja Qabor (Zsa Zsa Gabor) 99 yaşında vəfat edib. Hollywoodda uzun karyera yolu olmasına baxmayaraq, akrtisa əsasən coxsaylı nikahlarıyla və hazırcavablığıyla məhşur idi.
Onlardan bəzilərini təqdim edirik:
“Kişilər ocaq kimidir, diqqətsiz qalanda sönürlər”.
“Yeniyetmə olarkən mən qızlarla deyil, oğlanlara dostluq edərdim. Ən laqeyd kişinı qarşımda köləmə çevirənə qədər bütün diqqətimi və sevgimi ona verərdim”.
“Sevmədiyinə görə ayrılmaq, sevdiyinə görə evlənmək kimi ağılsızlıqdır”.
“Həqiqətən mənim haqqımda danışılanlar mənim üçün əhəmiyyətsizdir. Kiminsə mənə nifrət edərək və ziyan vuraraq incitməsinə yol verməyəcək qədər həddən artıq qeyri-adiyəm və özümə qarşı sadiqəm”.

Ja Ja Qabor 9 dəfə nikahda olub
“Mən bağışladığı brilliantları geri qaytaracaq qədər hec bir kişiyə nifrət etmədim”.
“Mən seks barədə heç nə bilmirəm. Mən həmişə ərdə olmuşam”.
“Mən gözəl evdar xanımam. Çünki hər dəfə sevdiyim kişini tərk edəndə onun evi mənə qalır”.
“Keçmiş əri Ceorg Sanders haqqında: “Biz hər ikimiz onu sevirdik. Mən onu sevməkdən vaz kecdim, o isə keçmədi”.
“Mən tək olan zaman qalmaqalsız çarpayıda köndələn yata bilərəm”.
“Qadın jurnallarında yazılanlara tərs baxmayın. Ola bilər ki,orda yazılan məqalələr mükəmməl deyil, amma kişilər də mükəmməl deyil axı”.
“Sevilmək – gücdür. Sevmək – zəiflikdir”.
“Gözəl xanıma görə qısqanclıq səni hec də gözəlləşdirmir”.
“Mən ərdə olmağı sevirəm. Mən təkliyi sevmirəm, mən sevdiyim kişi üçün yemək hazırlamağı sevirəm (məsələn, toyuq bulyonu və ya macar qulyaşı). Əlbəttə mən aşiq olmağı sevirəm, amma məhz nikah məndə məmnunluq hissini doldurur. Düzdür, bu hər dəfə belə olmur”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Biləyinizdəki xəttlər gələcəyinizdən xəbər verir

“Torqovı”nın ortasında gözübağlı öpüşdülər – VİDEO