in , ,

Dodaqlarınızın rəngi sizin haqqınızda nə deyir?

Bir çox qadın dodaqlarının quruluğundan və ya rəng solğunluğundan şikayətlənir.

Pomada.az xəbər verir ki, xəstə olduğumuzun ən əsas göstəricisi solmuş dəri və dodaqlardır. İsveçdə yerləşən Karolinska institutunun alimlərinin apardığı tədqiqatlara görə, insanlar xəstə olan zaman bu, üz quruluşunda açıq şəkildə hiss edilir.

Solğun dəri və dodaqlar əsas əlamətlər sırasında yer alır.

Sağlam insanların dodaq rəngindəki təbii dəyişiklik, güvəniləcək bir əlamət olmaya bilər. Solğun dəri və ya göz altında olan qaraltılar, həmin şəxsin xəstə olduğunu anlamağa kömək edən əlamətlərdən başlıcasıdır.

Pomada.az dodaq rənginə görə baş verə biləcək problemləri təqdim edir:

Dodaqlarınız solğundursa, bu qanazlığının simptomu ola bilər.

Dodaqların göyümtül olması ürək xəstəliklərinə işarədir.

Sarımtıl dodaqlar qaraciyər xəstəliklərinin simptomu ola bilər.

Dodaqların kənarlarında çatların tez-tez əmələ gəlməsi bu kimi pozulmalar zamanı mümkündür: vitamin çatışmazlığı, allergiya (məsələn, diş məcunu və ya dodaq boyasına), xroniki susuzlaşma.

Dodaqların quruması və qabıq vermə susuzlaşmanın, stresin, şəkərli diabetin, qalxanvari vəzi xəstəliklərinin (bu zaman bütün dəri quru olur), allergiyanın simptomu ola bilər.

Qeyd edək ki, dodaq çatlaması vücudun susuz qalmasının nəticəsi də ola bilər. Həmçinin  A, B2 və B3 vitaminlərinin əksikliyi zamanı dodaq çatlamağa başlayır. Bununla yanaşı, zərərli kosmetik vasitələr də dodaq dərisinin çatlamasına yol aça bilər.

Dodaqların üzərində piqment ləkələrin əmələ gəlməsi qaraciyər, böyrəküstü vəzilər və yumurtalıq xəstəliklərinin əlaməti ola bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

“Torqovı”nın ortasında gözübağlı öpüşdülər – VİDEO

Çay və qəhvədən imtina etsək, bədənimizdə nə dəyişiliklər olar?