in , , ,

Qadın seksuallığının yaşı. Qadınlar öz seksual həyatlarından nə gözləyirlər?

Qadınlar nə istəyir?

Qadın seks haqqında nə düşünür?

Qadınların ən seksual yaş dövrləri hansı dövrlərdir?

Qadınların seksuallığı haqqında çox optimist yanaşmalar mövcuddur.  Qadının hər yaş dövrü ona öz arzularını daha yaxşı müəyyən etmək üçün mükəmməl imkanlar verir.

 Qadının ən seksual yaş dövrü 16-24 yaş aralığıdır.

Bir qayda olaraq 90 %  qadınlar bu yaş dövründə seksual həyata addım atır. Özündə və öz partnyorunda bilmədiyi, məlum olmayan tərəfləri kəşf edir. Cinsi həyat gənc qıza hansı sürprizlər hazırlayıb? Seksual həyat necədir? Bu tip suallar onu intim həyata yaxınlaşdırır. Öz füsünkarlığını, cazibəsini hiss etmək üçün, yeni – yeni variantlar öyrənməyə cəhdlər edir. Təbii ki, bu yaş dövründə partnyorun seçimində onun seksual həyata olan marağı daha qabarıq rol oynayır, nəinki şüurlu və düşünülmüş qərar. Həm də, bu yaş dövrü qızlarda cinsi tələbatın təhlükəsi hissi ilə bütünlüklə özlərini təhlükəsiz hiss etmək istəyi o dərəcədə güclü olur ki, onlar seksual macərəların ciddiliyinə  məhəl qoymurlar.

Bu yaş dövrünün intim həyatı gənc qızlarla elə qəddar zarafat edə bilər ki, uzun müddət seksual həyata daxili şübhə və  ziddiyyətli hisslər keçirə bilər. Bununla belə, seksual həyat qadının qadınlıq təbiətinin gücü olduğu üçün, ona etinasızlıq göstərmək lazım deyil. Əgər biz istənilən biriyiksə, deməli biz cəzbedici və güclüyük. Xüsusilə bu bizə öz daxili “mən”imizi qorumağa və özümüzə qiymət verməyə kömək edir.

Qadın seksuallığı  25-35 yaş dövründə:  Özünə qapanma dövrü.

Bu yaş dövründə  qadın artıq özü ilə harmoniya yaratmaq üçün, öz bədənini və nə istədiyini çox mükəmməl dərk etmiş olur. O, artıq əks cinslə münasibətlərdə ilk görüşün həyacanından – əlaqələrin qırılmasına kimi güclü emosiyalar yaşamışdır. Artıq qadın yeni mərhələyə keçə bilər. Yeni macəralara laqeyd qala bilməz və ya özünü öz partnyoruna yenidən tanıtmaq cəhdi yaranır.  Bu yaş dövründə qadın orqanizmində ciddi şəkildə ehtiras daha da arta, şiddətlənə bilir. Bioloji zaman qadını həm də ana olmaq tələbatı və eyni zamanda seksuallığını qorumaq ehtiyacıına görə  kişi ilə bağlayır. 35 yaşa kimi qadında əsas keyfiyyət  qarşısına qoyduğu məqsədinə çatmaq arzusudur. Bu qərarlılıq ona hərəkətə keçməyə yolundan qalmamaqa yönəldir.

 

Qadın seksuallığı  35-45 yaş dövründə:  Özünü sevmək dövrü.

Bu yaş dövründə qadında daxili sakitçilik hissi yaranır. Sosial çərçivələr onun davranışına əvvəlki kimi təsir göstərmir. Xüsusilə bu dövrdə qadında öz təbiətini dərketmə və özünü qəbullanma mərhələsi formalaşır. Əgər 40 yaşlı bir xanım öz bədəni və arzuları ilə ahəngdə yaşamağa öyrəşibsə, onda onun cinsi istəyi onu yeni hislər və həzlər axtarışına yönəltməyə çalışacaq. Bu zaman qadına artıq qazanmış olduğu təcrübə həyat və sevgi haqqında təsəvvürlərinə düzgün qərar verməyə kömək edəcək. Əks cins əvvəlki kimi qadın həyatında mühüm rol oynayır, lakin, o qadın üçün artıq onun həyatını sabitləşdirəcək bir əhəmiyyət daşımır. Çünki, qadın bu yaş dövründə xöşbəxtlik hissini asanlıqla özündə tapa bilir. Xoşbəxt olmaq bacarığını kəşf edən qadın, xöşbəxtliyin kənarda yox, onun özündə olduğunu hiss etdikdə, onda özünə inam formalaşır və bu qadına öz arzularını ifadə etməyə, həyata keçirməyə, öz seksual həyatını asanlıqla keçirməyə imkanlar yaradır.

Bu yaş dövrünün qəbul olunmaz halları menopauzanın əlamətlərinin özünü göstərməsi ola bilər. Narahatçılıq sancıları, melanxoliyaya meyllilik, əsəbilik halları qadın orqanizmində fizioloji dəyişikliklərlə bərabər müşahidə oluna bilər. Eyni zamanda seksual istəyin zəifləməsi, vaginal quruluq, mensturial dövrün pozulması halları da bu dövrdə özünü göstərir.

Ardı növbəti məqaləmizdə…

Müəllif: Sevinc Abdullayeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Bu qidalar beyin qocalmasının qarşısını alır!

15 dəqiqəyə dadlı və mükəmməl piroq resepti