in , , ,

“İstəyirəm ki, boynum Jolienin boynu kimi olsun “ Amerikada yeni qeyri-adi dəri dartılma növünü icad ediblər.

15 illik iş təcrübəsi olan plastik cərrah Syuzan Trott yeni prosedur icad edib və vəd edir ki, bu prosedurla boyun dərisinə əvvəlki gənclik təravətini qaytara biləcək.

Məqalədə bu innovativ prosedurun bütün incəliklərini və kimin boynunu Hollivudda etalon hesab etdiklərini danışacayıq. Hollivudda boyun dərisinin dartılması bu il ən çox axtarılan prosedurlardan biri olmuşdur. Onun sayəsində Madonna uzun müddətdir ki, mükəmməl “90 dərəcəni” əldə edib. Bununla belə, Dr. Syuzan Trott ixtira etdiyi yeni bir boyun plastik növünün daha çox populyarlıq qazanacağına əmindir.

• Əyər bütöv dəri dartılma əməliyyatına getmək istemirsinizsə, amma yenədə təravətli boyun dərisinə sahib olmağ istəyirsinizsə – bu əməliyyat ideal variantdır. Əməliyyat zamanı çənənin altında kiçik bir hissə kəsilir və bir neçə aydan sonra kəsik izi hiss olunmur. Prosedur bir neçə saat çəkir (nə qədər yağ çıxarmağa ehtiyyac varsa). Əməliyyatdan iki həftə öncə hormonal həblərdən istifadə etmək və siqaret çəkmək olmaz.

• “Qiymət 7,500 dollardan başlayır, amma təsiri dərhal gözə çarpır. Ola bilsin ki, bir az şişmiş kimi görünəsiz, ancaq üzünüz hər gün daha normal hala dönəcəkdir. Hələ ki pasiyentlərimdən heç biri bu fikrə gəldiklərinə görə peşman olmayıblar. Reabilitasiya müddəti minimaldır – təxminən bir həftə. İlk on gün xüsusi sıxma bandajlarını geyinmək məsləhətdir.” – Syuzan Trott müsahibəsində bildirib.
Ekspert altı həftə ərzində intensiv məşqlərə getməməyi məsləhət görür.

• Diqqət ,çənənizin altında çapıq və qulaqlarınızın arxasında bəlkə bir neçə kiçik bir çapıq izi qala bilər buna hazır olun. Onlar çox səliqəli və demək olar ki, gözəgörünməzdir. İnsanlar sizə deyə bilməyəcəklər ki: “Boyun dərisi dartılma əməliyyatı olunmusunuz?” Onlar daha çox deyəcəklər: “Arıqlamısınız mı? Ya da özünüzü qaydaya salmısınız?”. Trott, Angelina Jolienin boynu kimi boyun dərisi xəyal edən pasiyentlərinin çoxluq təşkil etdiyini etiraf etdi. Hətta onlar eyni boyuna sahib olmaq ümidi ilə aktrisanın fotoşəkillərini gətirirdilər.

 

Müəllif: Saliha Mahmudova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

Uşağınız xəstələnərsə, ev şəraitində ilkin yardım necə edilməli?

Soyuq havada dərini necə nəmləndirməli? Üz üçün tez hazırlanan və çox faydalı maskalar.