in , ,

Göz rənglərinə uyğun makyaj. Tonlardan istıfadə edərkən, diqqətli olun

Qızılı, bənövşəyi və ya yaşıl: göz kölgəsi və göz layneri necə seçilməlidir?

Göz rənginizə uyğun makyaj seçmək üçün aşağıdakı tövsiyələri oxuyun:

Mavi gözlər üçün makyaj

Sizə uyğun olacaq: dolğun qəhvəyi, qızılı, tünd boz, bənövşəyi, şaftalı və çəhrayı göz kölgələr.

Göz kölgələrin təbii göz rəngindən daha tünd bir ton olması lazım olduğunu unutmayın. Ən çox edilən səhv: göz kölgələrini tam eyni hündürlükdə sürtməkdir. Belə halda gözlər sönük görünür.

Göz layneri və mascara seçimində qara rəngdən imtina edin. Qəhvəyi bir kölgəyə üstünlük verin – bu gözlərinizi daha iri və parlaq edəcək.

Yaşıl gözlər üçün makiyaj

Sizə uyğun olacaq: qəhvəyi, tunc, şaftalı və qızılı çalarlar.

Mavi və ya gümüş kimi soyuq çalarlardan qaçınmaq lazımdır: gözləri daha az parlaq  və balaca göstərəcəklər. Yaşıl göz kölgələri, göz yaşılının müxtəlif fərqli çalarları olduqda, yaxşı kombin əldə edəcəksiniz. Ən yaxşı nəticə üçün, qaşların altına bir az highlighter sürtün .

Qara göz laynerindən qaçın , bronz və ya qızılı rəng layneri sizə mükəmməl yaraşacaqdır.

 

 

 Qəhvəyi gözlər üçün makiyaj

Sizə uyğun olacaq: çəhrayı və bənövşəyi, dolğun yaşıl, lavanta və qızıl rəngli çalarlar.

Göz layneri seçərkən, tünd yaşıl və mavi kimi dərin rənglərə diqqət yetirin. Onları daha az parlaq göz kölgələri ilə kombin edə  bilərsiniz . Qara maskara qəhvəyi rəng gözlərlə daha yaxşı gedir.

Müəllif: Saliha Mahmudova

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading…

0

Comments

0 comments

15 dəqiqəyə dadlı və mükəmməl piroq resepti

Gündəlik rastlaşdığımız sağlamlıq problemlərimiz hansı vitamin çatışmazlığından yaranır?